Urmiya gölü niyə quruyur?
01.06.2023 [10:57]
MÜBARİZ
Ətrafında əsasən azərbaycanlıların yaşadıqları Urmiya gölü 1967-ci ildə qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına daxil edilib. Lakin bu gün gölün qorunmasından, ümumiyyətlə, söhbət getmir. Əksinə, baxımsızlıq səbəbindən sututarın tamam məhv olmaq təhlükəsi yaranıb. Verilən məlumatlara görə gölün cənub adalarının ətrafı tamamilə quruyaraq bir-birinə birləşib. Sututarın cənub hissəsi yenidən qırmızı rəngə boyanıb. Beləliklə də, dünyanın ikinci ən böyük duz gölü məhv olmaq üzrədir.
Urmiya gölünün məhv olması və bunun yaradacağı fəsadlar barədə mütəxəssislər həyəcan təbili çalırlar. “Heç bir hökumət Urmiya gölünü bərpa edə bilməz, bu su hövzəsi qurusa, onda Təbriz şəhərinin köçürülməsi haqqında düşünməyə ehtiyac olacaq”. Bunu İranın Ətraf Mühiti Mühafizə Təşkilatının keçmiş başçısı və Urmiya gölünün bərpası üzrə qərargahın sabiq katibi İsa Kələntəri “Xabar” internet kafedəki çıxışında bildirib.
Onun sözlərinə görə, hələ də Urmiya gölünün bərpasına əhəmiyyət verməyən insanlar ola bilər, ancaq bu göl bərpa olunmasa, Təbriz kimi böyük və əhəmiyyətli bir şəhərin boşaldılması riski var. O bildirib ki, Urmiya gölünün bərpasına gedən yol çətin olmaqla, texniki problemlərlə üzləşməklə yanaşı, siyasi təzyiqlərin də təsirinə məruz qalmışdı. İ.Kələntəri vurğulayıb ki, Qərbi Azərbaycan əyaləti başçısının bəzi nümayəndələrinin uğursuz fəaliyyəti səbəbindən ən azı bərpa proqramının ayrı-ayrı bəndləri heç yerinə yetirilməyib.
Urmiya gölünün tam qurumasının fəsadları çox ağır olacaq. Sabiq sədrin qənaətincə, Urmiya gölü quruyarsa, yay və qış mövsümləri arasında temperatur fərqi 7 dərəcə artacaq: “Bu, 7 dərəcənin insan genetikası, heyvanlar, bitkilər və mikroblarda nə kimi dəyişikliklərə səbəb olacağı məlum deyil”. İ. Kələntərinin sözlərinə görə, Urmiya dayaz və duzlu göl təəssüratı bağışlasa da, oradan havaya sovrulan duz tozları Azərbaycan regionunun həyatını təhlükə altına sala bilər: “Urmiya gölü ətrafında yaşayan heyvanlarda dəri xərçəngi 20 faiz artıb. Belə ki, Urmiya gölünün qurumasının pik həddə çatdığı 2014-2015-ci illərdə Dövlət Baytarlıq Təşkilatı məlumat vermişdi ki, Urmiya gölünün şimal-qərbində yerləşən Salmas bölgəsində heyvanlarda dəri xərçəngi 20 dəfəyə qədər çoxalıb”.
Beləliklə, göz önündə dəhşətli mənzərə canlanır. Ancaq gölün qurumasını yalnız təbiət hadisəsi kimi dəyərləndirmək doğru olmazdı. Mütəxəssis müşahidə edilən proseslərdə siyasi məqamların olduğuna da təsadüfən diqqət çəkməyib. Əslində, mollakratiyanın məqsədli siyasəti Urmiya gölünün və bütövlükdə, regionun fəlakət təhlükəsi ilə üz-üzə qalmasını şərtləndirib. Bu siyasətin nüvəsində isə İran hakimiyyətinin Urmiya gölü regionunda, bütövlükdə, Cənubi Azərbaycanda əhalinin etnik tərkibinin dəyişdirilməsi məqsədi dayanır. Heç kəsə sirr deyil ki, İranda güclü azərbaycanafobiya yaşanır. Sayları 40 milyonu ötən azərbaycanlılar mollakratiyanın qorxulu röyasına çevrilib. Buna görə də qonşu ölkədə azərbaycanlılar yaşayan bölgələrə münasibətdə xüsusi yanaşma həyata keçirilir. Belə ki, soydaşlarımızın mədəni və təhsil hüquqları tanınmır. Eyni zamanda, azərbaycanlıların kompakt yaşadıqları ərazilərin inzibati-coğrafi xəritələri məqsədli şəkildə dəyişdirilir. Urmiya gölünün qurudulması da mollakratiyanın azərbaycanofobiya siyasətinin tərkib hissəsinə daxildir. Bu göl soydaşlarımız üçün həm də həyat mənbəyi olub. Gölün quruması ilə bu imkan da itirilir və soydaşlarımız dədə-baba torpaqlarını tərk etmək məcburiyyətində qalırlar. Verilən məlumatlara görə Urmiyanın quruması fonunda ətrafdakı kəndlərdə həyat müqayisəolunmaz dərəcədə çətinləşib. Buradan köçmək istəyənlərin sayı hər ötən gün daha da artır. Ancaq bu da hamıya müyəssər olmur. Çünki evlərin dəyəri çox aşağı düşüb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59

