83 deputat müraciət edib...
01.06.2023 [11:25]
Növbədənkənar sessiya keçiriləcək
Günel ABBASOVA
Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. Toplantının gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib.
Əvvəlcə “Azərbaycanın 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda təqdim edilib. Sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Komitə sədri bildirib ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. O, deyib ki, dünyada baş verən ümumi böhran fonunda, Azərbaycanda 2022-ci il iqtisadi inkişaf baxımından uğurlu olub. Ölkədə maliyyə-iqtisadi sabitlik qorunub saxlanılıb, Ümumi Daxili Məhsulun (ÜDM) artımına nail olunub, qarşıda duran hədəflərin icra olunması ilə bağlı müsbət nəticələr əldə edilib.
Tahir Mirkişili diqqətə çatdırıb ki, 2022-ci ildə ilk dəfə olaraq Azərbaycanda ÜDM-in həcmi 100 milyard manatdan çox olub. İlin sonuna olan göstəricilərə əsasən, ÜDM-in həcmi 133,8 milyard manat təşkil edib. Ümumilikdə, ötən il həm neft-qaz sektorunu, həm də qeyri-neft sektorunu əhatə etməklə ÜDM-də 40,6 milyard manat əlavə artım müşahidə olunub. O, neftin 1 barelinin qiymətinin 2022-ci ilin dövlət büdcəsində 85 ABŞ dolları ətrafında planlaşdırıldığını, lakin bu göstəricinin 103,6 ABŞ dolları ətrafında olduğunu deyərək, bu artımın da dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərdiyini söyləyib.
Komitə sədri ölkədə 2022-ci ildə orta illik inflyasiyanın 13,9 faiz təşkil etdiyini, inflyasiya ilə mübarizə sahəsində Azərbaycanda bir çox zəruri tədbirlərin görüldüyünü qeyd edib. O, bu istiqamətdə atılan addımların inflyasiyanın mənfi təsirlərinin azalmasına xidmət etdiyini deyib.
Tahir Mirkişili bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozdan 1 milyard 481 milyon manat artıq icra olunub, xərcləri isə 32 milyard 64,6 milyon manat həcmində icra edilib. O, icra göstəricilərinin yüksək olduğunu və bunun qarşıda duran hədəflərin yerinə yetirilməsi baxımından önəmli olduğunu qeyd edib, kəsirin 3,1 milyard manat planlaşdırıldığını, nəticədə isə 1 milyard 385 milyon manat ətrafında olduğunu deyib.
Daha sonra qanun layihəsi barədə deputatlar çıxış ediblər. Sonda sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
“Təhsil haqqında” qanuna yeni əlavə təklif
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, Təhsil haqqında” qanuna “ixtisas təcrübəsi” anlayışı gətirilməlidir. Komitə sədrinin sözlərinə görə, müəllim sayı çox olsa da, vakant yerlərin sayı azdır: “Hər il eyni vəziyyət müşahidə olunur. Adətən şəhərdə yerləşən məktəblərdə vakant yerlərin sayı həmişə az olur. Regionlarda isə vəziyyət əksinədir. Müəllimlərlə mövcud olan vakansiyalar arasında o qədər fərq olmasa da, şəhərdə işləmək arzusu çoxdur. İnanırıq ki, müəllimlərin işə qəbulu və sertifikasiya imtahanları vasitəsilə yaxın 5 ildə bu nisbət aradan qaldırılacaq”.
“Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı ədəbiyyat və test yoxdur”
Milli Məclisin deputatı Siyavuş Novruzovun sözlərinə görə, müəllim savadlı kadrla yanaşı, həm də pedaqoqdur: “Ola bilər savadı var, amma əxlaqı yerində deyil. Bunu necə göstərəcək?! Elm sahəsində də ciddi işlər aparılmalıdır. Türkologiya və Güney Azərbaycan məsələsinə elmdə yer ayrılmalıdır. Türk dünyası yaradırıq və bunun ədəbiyyatı, tarixi olmalıdır. Bütün nazirliklər akademiya açır, lakin peşə məktəbi açan yoxdur. Peşə məktəbləri olsa, ali məktəbə daxil olmaq üçün müraciət də çox olmayacaq. Hər şirkət və təşkilata tapşırıq verilməlidir ki, ciddi texniki peşə məktəbləri açsın. Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı ədəbiyyat və test yoxdur. Müəllim bilmir ki, nəyə istinad etsin, necə hazırlaşsın. Neçə ildir proses gedir, amma onlar üçün əlavə məlumat yoxdur”.
Deputat İsa Həbibbəyli həmkarı S.Novruzova cavabında bildirib ki, “Türkologiya” jurnalı heç vaxt çapını dayandırmayıb: “AMEA-da Cənubi Azərbaycanla bağlı üç şöbə də fəaliyyət göstərir. Hər üç şöbənin fəaliyyətinin gücləndirilməsi Rəyasət Heyətində müzakirə olunub”.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, Mülki Prosessual Məcəllədə, “Təhsil haqqında”, “Elm haqqında”, “Peşə təhsili haqqında”, Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanu?ən layihələri ikinci oxunuşda təsdiqlənib.
Torpaq Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Özəl tibb fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Yerin təki haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bir oxunuşda, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda səsvermədən sonra qəbul edilib.
Sonra Sədr çıxış edərək bildirib ki, qanunverici orqanın yaz sessiyasında 14 iclas keçirilib: “Başqa sözlə, 1 yeni qanun qəbul olunub, 72 qanunda dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiqlənib. 83 deputat Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi üçün mənə müraciət edib və sərəncam imzalamışam. İyun ayında iclaslar olacaq”.
Beləliklə, Milli Məclisin 2023-cü il yaz sessiyası Dövlət Himninin səsləndirilməsi ilə bağlı elan edilib.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
28 Sentyabr 18:00

Xəbər lenti
28 Sentyabr 17:23

Xəbər lenti
28 Sentyabr 17:20

Xəbər lenti
28 Sentyabr 17:14

Xəbər lenti
28 Sentyabr 16:25

Xəbər lenti
28 Sentyabr 16:22

Xəbər lenti
28 Sentyabr 16:16

İdman
28 Sentyabr 15:43

Xəbər lenti
28 Sentyabr 15:23

Dünya
28 Sentyabr 15:00

Xəbər lenti
28 Sentyabr 14:46

Xəbər lenti
28 Sentyabr 14:24

Xəbər lenti
28 Sentyabr 14:17

Xəbər lenti
28 Sentyabr 14:15

Xəbər lenti
28 Sentyabr 14:01

İdman
28 Sentyabr 13:58

Xəbər lenti
28 Sentyabr 13:52

Xəbər lenti
28 Sentyabr 13:31

Xəbər lenti
28 Sentyabr 13:21

Xəbər lenti
28 Sentyabr 13:11

Xəbər lenti
28 Sentyabr 13:08

Xəbər lenti
28 Sentyabr 12:58

Xəbər lenti
28 Sentyabr 12:56

Xəbər lenti
28 Sentyabr 12:53

Xəbər lenti
28 Sentyabr 12:52

Xəbər lenti
28 Sentyabr 12:50

Xəbər lenti
28 Sentyabr 12:35

Xəbər lenti
28 Sentyabr 12:33

Mədəniyyət
28 Sentyabr 12:28

İqtisadiyyat
28 Sentyabr 12:20

Xəbər lenti
28 Sentyabr 12:16

Xəbər lenti
28 Sentyabr 12:14

Mədəniyyət
28 Sentyabr 12:11

Siyasət
28 Sentyabr 12:05

Xəbər lenti
28 Sentyabr 12:04

Xəbər lenti
28 Sentyabr 11:57

Sosial
28 Sentyabr 11:54

Xəbər lenti
28 Sentyabr 11:41

Siyasət
28 Sentyabr 11:38

Xəbər lenti
28 Sentyabr 11:32

Xəbər lenti
28 Sentyabr 11:27

MEDİA
28 Sentyabr 11:20

Xəbər lenti
28 Sentyabr 11:15

Sosial
28 Sentyabr 11:10

Xəbər lenti
28 Sentyabr 11:02

Xəbər lenti
28 Sentyabr 10:58

Analitik
28 Sentyabr 10:55

Xəbər lenti
28 Sentyabr 10:50

Xəbər lenti
28 Sentyabr 10:44

Siyasət
28 Sentyabr 10:40

Xəbər lenti
28 Sentyabr 10:33

Xəbər lenti
28 Sentyabr 10:32

Xəbər lenti
28 Sentyabr 10:31

İqtisadiyyat
28 Sentyabr 10:30

Siyasət
28 Sentyabr 10:20

Gündəm
28 Sentyabr 10:10

Siyasət
28 Sentyabr 10:00

Xəbər lenti
28 Sentyabr 09:54

Xəbər lenti
28 Sentyabr 09:38

Xəbər lenti
27 Sentyabr 23:00

Xəbər lenti
27 Sentyabr 21:25

Xəbər lenti
27 Sentyabr 19:00

Xəbər lenti
27 Sentyabr 18:35

Siyasət
27 Sentyabr 18:04

Xəbər lenti
27 Sentyabr 17:25

Xəbər lenti
27 Sentyabr 16:46

Xəbər lenti
27 Sentyabr 16:34

Xəbər lenti
27 Sentyabr 16:08

Dünya
27 Sentyabr 16:05

Xəbər lenti
27 Sentyabr 15:21
