Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb YENİLƏNİB

Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb YENİLƏNİB

03.06.2023 [09:50]

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, yaralananların sayı təxminən 900 nəfərə yaxındır.

Hindistanın Odişa ştatının hakimiyyət orqanları Balasore şəhəri yaxınlığındakı Bahanaq dəmir yolu stansiyası ərazisində qatarların toqquşması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar bir günlük matəm elan edib. Şənbə günü ştatda bütün şənlik və əyləncə tədbirlərinin keçirilməsi qadağandır.

Dəmir Yolları Nazirliyi qəzada ölənlərin yaxın qohumlarına 1 milyon rupi (12 min ABŞ dolları), ağır yaralananlara 200 min rupi (2400 ABŞ dolları), yüngül xəsarət alanlara isə 50 min rupi (604 ABŞ dolları) təzminat ödəyəcəyini açıqlayıb.

Qəza yerində xilasetmə işləri davam edir. Onlara 500-dən çox insan cəlb olunub.

xxx

Hindistanın şərqində üç qatarın toqquşması nəticəsində ölənlərin sayı 70-ə çatıb.

Bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat yayıb.

Yerli sakinlər qurbanların sayının 100-ə çata biləcəyini deyirlər. Dörd yüzə yaxın insanın yaralandığı bildirilir.

Qəza yerində xilasetmə əməliyyatı davam edir.

xxx

Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarı toqquşub, ölənlər və xəsarət alanlar var.

Sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.

İlkin məlumata görə, hadisə nəticəsində ən azı 50 nəfər ölüb, 100 nəfər yaralanıb. Qəza Balasore şəhərindəki Bahanaga stansiyasının yaxınlığında baş verib.

Odişadakı Xüsusi Yardım Komissarlığının ofisindən verilən açıqlamada bildirilib ki, qruplar axtarış-xilasetmə əməliyyatı üçün hadisə yerinə yola düşüb.

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Yuxumuz şirin olsun...

28 Sentyabr 11:32

MEDİA

Sosial

Son 8 ayda...

28 Sentyabr 11:10

Analitik

Xəbər lenti

İki terrorçu Ruben

28 Sentyabr 10:50

Siyasət

Fransanın “məkri”

28 Sentyabr 10:40

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30