“Dəqiq” məlumatların mənbəyi...
30.11.-0001 [00:00]
Yalanı özünə peşə seçənlərdir
Son vaxtlar mətbuatda, xüsusilə də sosial şəbəkələrdə işğaldan azad olunmuş ərazilərin bərpası ətrafında müzakirələr aparılır. İllər öncə hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idisə, bu gün hər kəs ata-baba yurdlarından didərgin düşmüş insanlarımızın öz yurd-yuvalarına nə vaxt qayıdacaqları barədə suallara cavab axtarırlar.
Qeyd edək ki, bu proses özünü “müxalif” sayan bəzi “siyasətçilərin” düşündüyü qədər asan bir proses deyil. Söhbət dövlətin ümumi dəyəri on milyardlarla manatla ölçülən Böyük Qayıdış Proqramının reallaşdırılmasından gedir.
Hər kəs bilir ki, işğaldan azad olunmuş ərazilərdə erməni vandalları daş üstdə daş qoymayıblar. 44 günlük ikinci Qarabağ savaşından ötən müddətdə hökumət öz strategiyasını hazırlayıb və hal-hazırda bu strategiyaya uyğun qəbul edilmiş Böyük Qayıdış Dövlət Proqramı əsasında yaşayış məntəqələrimizin bərpası ilə bağlı optimallaşdırma işləri davam edir.
Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə mövcud olmuş yüzlərlə yaşayış məntəqələri içərisində rayon mərkəzlərindən çox uzaq məsafədə yerləşən və 5-10 evdən ibarət kəndlər də az deyil. Belə kəndlər vaxtilə bir qrup insanın və ya bir insanın təşəbbüsü ilə adi bir bulağın olduğu yerdə salınıb.
Torpaqların erməni işğalından azad olunmasından sonra yetişmiş yeni tarixi zəmində belə yaşayış məntəqələrinin olduğu kimi bərpa edilməsinin heç bir məntiqi əsası yoxdur. Bir sözlə, vaxtilə hündür dağlıq ərazilərdə, 5-10 evdən ibarət olmuş kəndi olduğu kimi bərpa edib, oraya yeni yol çəkmək, məktəb, tibb müəssisəsi və digər sosial obyektlər inşa etməyin heç bir məntiqi əsası yoxdur. Belə kəndləri yaşayış məntəqələrinin optimallaşdırılması prinsiplərinə uyğun olaraq, modern yaşayış məntəqələrində birləşdirmək yaranmış durumda ən rasional seçimdir. Hesab edirəm ki, müasir dövrdə yeni salınan kənd, bu tip yaşayış məntəqələrinin dünyanın inkişaf etmiş ölkələrində mövcud olan modellərə uyğunlaşdırılmalıdır. Biz bu gün artıq bu yolda Zəngilan rayonunda bir kənd inşa etmişik, Füzuli rayonunda ikinci belə kənd inşa edilir.
Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində yeni yaşayış məntəqələri salınarkən bir çox digər detallar nəzərə alınacaqdır. Məsələn, sakinlərinin sayının az olması səbəbindən bir kənd başqa yaşayış məntəqəsinə birləşdirilərsə, ləğv edilən həmin kəndin tarixinin saxlanılması yolları nəzərdən keçiriləcəkdir. Yeni yaşayış məntəqələrinin salınması zamanı aparılan optimallaşdırma hər bir rayonda onun mövcud resurslarına, təbii şəraitinə və digər göstəricilərinə maksimum uyğunlaşdırılacaqdır.
İşğaldan azad olunmuş torpaqlarımızda Böyük Qayıdış Dövlət Proqramına uyğun işlərin aparıldığı bir dönəmdə sosial şəbəkələrdə hay-küy salıb, vaxtilə ata-baba yurdlarından didərgin düşmüş insanların nostalji hissləri ilə oynamaq heç kimə baş ucalığı gətirməz. Bütövlükdə yeni salınacaq yaşayış məntəqələri üzrə optimallaşma işlərinin davam etdiyi və real olaraq hələ nə qədər yaşayış məntəqəsinin salınacağına dair rəsmi məlumatların ortada olmadığı bir vaxtda, kimlərsə sosial şəbəkələrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə yeni salınacaq yaşayış məntəqələrinin “dəqiq” sayına dair məlumatlar paylaşır. Görünən budur ki, yalanı özünə peşə seçənlərin insanları aldatmağa cəhd etməkdən başqa seçimləri olmur...
Fikrət Yusifov
sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

