Kaxovka SES partladıldı...
07.06.2023 [11:05]
Ukrayna “ruslar minalayıb”, Rusiya “ukraynalılar raketlə vurub” deyir...
Ukraynanın Rusiyanın nəzarətinə keçmiş Nova Kaxovka su anbarında partlayış törədilib. “Reuters”in yaydığı xəbərə görə, partlayışdan sonra su bəndin divarlarından ətraf ərazilərə axmağa başlayıb. Sosial mediada yayılan videolarda bənd ətrafında şiddətli partlayışların baş verdiyi, suyun bəndin divarları arasından ətrafa axdığı görünür. 30 metr hündürlüyündə və 3,2 kilometr uzunluğundakı bənd Kaxovka su elektrik stansiyasının bir hissəsi kimi 1956-cı ildə Dnepr çayı üzərində yaradılıb. Su anbarı eyni zamanda Krım yarımadasını və Zaporoje AES-i su ilə təmin edir.
Bu arada, Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixaylo Podolyak müsahibəsində bildirib ki, Kaxovka SES-i Rusiya ordusunun 205-ci motoatıcı briqadası partladıb: “İlkin məlumatlara əsasən deyə bilərik ki, partlayışı 205-ci motoatıcı briqada həyata keçirib. Hazırda bütün informasiyalar yoxlanılır”.
Təxliyə davam edir...
Ukrayna Silahlı Qüvvələrinin (USQ) Cənub komandanlığının yaydığı məlumatda baş verənlərin günahkarı kimi Rusiya hərbçiləri göstərilir. Eyni zamanda, məlumatda dağıntının miqyası, suyun sürəti və həcmi, daşqın ehtimal olunan ərazilərin müəyyənləşdiridiyi diqqətə çatdırılır.
Rusiyanın dövlət xəbər agentlikləri isə bəndin artilleriya atəşi ilə zədələndiyini yazırlar. Rusiyanın bölgəyə təyin etdiyi rəsmisi hadisənin terror hücumu olduğunu iddia edib.
Xerson regionunun Rusiya tərəfindən təyin edilmiş rəhbəri su anbarının yaxınlığında təxliyə işlərinə başlandığını və suyun səviyyəsinin 5 saat ərzində maksimum həddə çata biləcəyini qeyd edib.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov tviterdə Prezident Volodimir Zelenksinin Nova Kaxovka su anbarının partladılması ilə əlaqədar təcili iclas keçirəcəyini bildirib. Bəndin partladılmasının Ukraynanın çoxdan planlaşdırılan əks-hücumuna necə təsir edəcəyi hələ ki aydın deyil.
16 min insan evakuasiya edilməyi gözləyir...
Qeyd edək ki, partlayışın ardından yaxın ərazilərdə qalmaq təhlükəyə çevrilib. Bu baxımdan, insanlardan dərhal təxliyyəsi tələb olunur. Dnepr çayının sağ sahilində yerləşən yaşayış məntəqələri üçün daşqın təhlükəsi gözlənilir. Həmin yaşayış məskənlərindən Nikolaevka, Olqovka, Levo, Tyaginka, Ponyatovka, İvanovka, Tokarevka, Ponyatovka, Pridneprovskoe, Sadovoe kəndləri və qismən Xerson şəhəri - Korabel adası təhlükə ilə qarşı-qarşıyadır. Novo Kaxovka rayonunun Rusiyadan təyin edilmiş “administrasiya rəhbəri” Vladimir Leontyev əvvəlcə bəndin partladılmasını təkzib etsə də, sonradan baş verənlərlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, gecə zərbələri nəticəsində klapanlar sıradan çıxıb - aşağı axına nəzarətsiz su sızır. Ukrayna tərəfi təhlükənin genişlənəcəyi ilə bağlı həyacanverici xəbərdarlıqlar etsələr də, Leontyev əhalinin təxliyəsini lazımsız sayıb.
Qeyd edək ki, dünən səhər saatlarında baş verən partlayışdan sonra bəzi yaşayış məntəqələri tamamilə və ya qismən su altında qalıb. Onlardan Berislavski rayonu Tyaginka, Lvovskoye, Odradokamenka, İvanovka, Nikolskoye Tokarevka, Ponyatovka, Belozerka, Ostrov kimi yaşayış məntəqələrinin adlarını çəkmək olar. Bu kəndlərdən evakuasiya olunan insanlar avtobuslarla Xersona, oradan isə Nikolayevə, Xmelnitski, Odessa, Kropivnitski, Kiyev şəhərlərinə daşınırlar. Dünən yayılan məlumata görə, kritik zonada - Xerson ərazisində 16 minə yaxın insan yaşayır. Ukrayna tərəfi baş verənləri terror adlandırıb. Baş nazir Denis Şmıxal Kaxovka SES-in dağıdılmasının bütün məsuliyyətinin Rusiyanın üzərində olduğunu bildirib: “Kaxovka SES-in dağıdılması Rusiyanın terror aktıdır. Bunun bütün məsuliyyəti rusiyanın üzərindədir. SES-in dağıdılması ölkəmizin cənub əraziləri üçün böyük ekoloji fəlakət təhlükəsi yaradır”.
Zaporoje AES də təhlükədədir...
Qeyd edildiyi kimi, Kaxovka SES-i Zaporoje AES-i su ilə təmin edirdi. Bu mənada, bəndin partlatması nəticəsində yaranan fəlakətin miqyası getdikcə daha da böyüyə bilər. Ukrayna telegram kanallarının yaydığı məlumata görə, bəndin dağıdılması yaxın illər üçün Krıma su vermək imkanını da çətinə salıb. Eyni zamanda, Zaporojye AES-in soyutma sistremlərində su təminatında problem yarana bilər. Mütəxəssislər əvvəllər hətta suyun səviyyəsinin aşağı düşməsinin AES üçün hansı təhlükələr yarada biləcəyini söyləmişdilər - suyun səviyyəsi aşağı düşərsə və soyuducu gölməçələrdə kifayət qədər su olmasa, nüvə qəzası təhlükəsi aktuallaşar. Ukraynanın rəsmi orqanları vəziyyətin hələlik nəzarət altında olduğunu deyir. Kaxovka su anbarında isə su sürətlə azalır - saatda təxminən 15 sm. Bu haqda məlumatı isə su anbarının sahilində yerləşən Nikopol şəhərinin səlahiyyətliləri bildiriblər.
Qarşılıqlı ittihamlar səsləndirilir...
Hər iki tərəf isə qarşılıqlı ittihamlar səsləndirirlər. Sosial şəbəkələrdə su elektrik stansiyasının yaxınlığında baş verən partlayışın təsdiqlənməmiş videosu yayılıb. Bəndin çoxdan ruslar tərəfindən minalandığı bildirilirmiş. Ukrayna mənbələrinin məlumatına görə, Nova Kaxovkanın “işğal hakimiyyəti” isə ukraynalıların bəndi Alder MLRS ilə vurduğunu qeyd edib.
Qeyd edək ki, Kaxovka su anbarı çox vaxt “dəniz” adlandırılırdı. Bu, nəhəng süni göl Dnepr su anbarları şəbəkəsinin bir hissəsidir. 1950-ci illərdən bu yana su anbarı Ukraynanın cənub bölgələrini - Xerson və Zaporojye vilayətlərini içməli su ilə təmin edir.
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

