Qarabağa böyük sərmayə
08.06.2023 [11:04]
Şuşada növbəti beynəlxalq tədbir - “Yenidənqurma, sülh və inteqrasiya”
G.QABİLQIZI
Şuşa işğaldan azad ediləndən sonra bir sıra mötəbər tədbirlərə ev sahibliyi etməkdədir. Tədbirlər çərçivəsində Şuşaya müxtəlif ölkələrdən olan nümayəndələr səfər edirlər. Buranın tarixi ilə tanış olur, şəhərin gələcək perspektivləri ilə bağlı müzakirələr aparırlar. Şuşada yenidənqurma işlərinin sürətli şəkildə aparılması xarici nümayəndələrin diqqətini bu şəhərə daha da cəlb edir. Bunun bir örnəyi kimi iyunun 7-də Şuşa şəhərində “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda beynəlxalq tədbir işə başlayıb. Tədbirdə 30-a yaxın sabiq dövlət və hökumət başçısı iştirak edib. Mərasimin açılışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx təqdim olunub.
Tədbirdə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin qeyd edib ki, Qarabağa üçüncü səfəridir: “Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpasına böyük sərmayə yatırır. Bu ərazilərin operativ şəkildə bərpa edildiyini görməkdən şadam. Qarabağın gələcəyi və burada ətraf mühitin bərpası iqtisadi artıma töhfə verir. Yaşıl və bərpa olunan enerji ölkə və bütövlükdə, region üçün dayanıqlı yoldur”.
Azərbaycan və Ermənistan arasında sülh bütün region üçün vacibdir
ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin Prezidenti və baş icraçı direktoru Suzan Elliottun sözlərinə görə, harmoniya və inteqrasiya bugünkü gündəmin iki mühüm maddəsidir: “Azərbaycan və Ermənistan arasında danışıqlar regionda sülhün və sabitliyin qorunması üçün çox vacibdir”. S.Elliott Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəal iş apardığını da qeyd edib: “Hətta ABŞ-da belə mürəkkəb dəyişikliklər o qədər də tez baş vermir. 2020-ci ildən Azərbaycan bir çox infrastruktur layihələrini başa çatdırıb və bu, iqtisadiyyatı bərpa etmək və insanları buraya qaytarmaq üçün lazımdır”.
Eks-prezident İrəvanı reallığa çağırdı
BMT Baş Assambleyasının keçmiş prezidenti Volkan Bozkırın sözlərinə görə, hazırda Azərbaycan dünyanın ən güclü dövlətlərindən birinə çevrilib. O, Qarabağın azad edilməsinin həm Azərbaycan, həm də Türkiyə üçün sevincli hadisə olduğunu vurğulayıb.
“Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm ölkədir. Qarabağın dirçəldilməsi və inkişafı ilə bağlı bir sıra məqamlar var. Azərbaycan burada çox sürətlə quruculuq işləri aparır. Digər məsələ Azərbaycanla Ermənistan arasında sülh prosesidir. Ermənistan Azərbaycanın öz torpaqlarını geri qaytarması faktını qəbul edə bilmir”, - Volkan Bozkır bildirib və rəsmi İrəvanı reallığa qayıtmağa çağırıb.
Xorvatiya dəstəyə hazırdır
Xorvatiyanın eks-prezidenti Kolinda Qrabar-Kitaroviçun sözlərinə görə, Mina problemindən əziyyət çəkmiş Xorvatiya minatəmizləmə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Xorvatiyanın bu problemin həllində uğurunun əsas səbəblərindən biri beynəlxalq ictimaiyyətin köməyindən, həmçinin hakimiyyət orqanlarının koordinasiyasından istifadə etməsi olub.K.Qrabar-Kitaroviç vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin azad edilmiş ərazilərinin bərpası istiqamətində atdığı addımlar çox düzgündür.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, yenidənqurma işlərinin birinci mərhələsində kiçik ərazilərin bərpası üzrə layihələr həyata keçirilib, daha sonra isə iri şəhərlərin bərpası nəzərdə tutulub: “Mina təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynayır. Ağdam ərazisi 30 faizə yaxın, Füzuli 27 faiz, Xocalı 15,8 faiz, Xocavənd 5,3 faiz minalardan təmizlənib”, - deyə Emin Hüseynov bildirib.
İşğaldan azad edilmiş ərazilərin bərpası təqdirəlayiqdir
ISESCO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycrinin sözlərinə görə, ərazilərin işğaldan azad olunandan sonrakı və bugünkü mənzərəsi arasında çox böyük fərqlər var: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası təqdirəlayiqdir. Bu ərazilərin bərpası asan iş deyil. Bu, Prezident İlham Əliyevin diqqəti sayəsində baş verib və insanlar artıq bu torpaqlara qayıtmağa başlayıblar”. O əlavə edib ki, Qarabağ həqiqətləri və işğal dövründə törədilən dağıntılar, eləcə də Azərbaycan hökumətinin bu ərazilərin yenidən qurulmasında göstərdiyi səyləri barədə dünya ictimaiyyətini məlumatlandırmaqda davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31

