Çadır şəhərciklərinin ləğvi
08.06.2023 [10:14]
Ölkəmizin ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın işğalçılıq siyasətinə məruz qalmasının ən ağır nəticələrindən biri də 1 milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmələri olmuşdu. Ev-eşiklərini itirən soydaşlarımız müstəqilliyimizin ilk illərində çadırlarda, yük vaqonlarında, yarımçıq tikililərdə, başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdılar. Respublikamızda qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitinin yüngülləşdirilməsi, o cümlədən də onların mənzil-məişət şəraitinin yaxşılaşdırlıması siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub. 1998-ci ildə Prezident Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Növbəti ildə isə Ulu Öndərin Fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Beləliklə, görülən tədbirlər bu kateqoriyadan olan insanların həm məşğulluq problemlərinin həllində, həm də həyat şəraitlərinin yüksəlməsində əhəmiyyətli rol oynadı.
Ulu Öndərin əsasını qoyduğu bu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirildi. Dövlətimizin başçısı ağır şəraitdə yaşayan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ən vacib məsələ olduğunu bildirirdi: “Ölkə qarşısında duran ən vacib məsələ hansıdır?! Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, ən vacib məsələ köçkünləri normal evlərlə, mənzillərlə təmin etməkdir”.
Vətən müharibəsindən əvvəlki mərhələdə qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədlə Prezident İlham Əliyev tərəfindən bir sıra Fərman və sərəncamlar imzalanıb, müxtəlif qanunlar təsdiqlənib və yeni təşəbbüslər irəli sürülüb. O cümlədən dövlət başçısının 2004-cü il1iyul tarixində imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Dövlət başçısının 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib. Bundan başqa, dövlət başçısı 21 fevral 2011-ci il tarixində “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” daha bir Sərəncam imzalayıb.
Haqqında bəhs olunan Dövlət Proqramı və ona edilən Əlavələr qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib. Məlumat üçün bildirək ki, ümumilikdə, Dövlət Proqramında 22921 ailənin-110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin açılması nəzərdə tutulurdu.
Çadır şəhərciklərinin ləğv edilməsi müvafiq kateqoriyadan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çox mühüm addım oldu. 2003-cü ildə keçirilən prezident seçkilərinə qatılan cənab İlham Əliyev dövlət başçısı seçiləcəyi təqdirdə ölkə ərazisindəki bütün çadır şəhərciklərinin yaxın 5 ildə ləğvinə nail olacağını bəyan etdi. İlham
Əliyev praqmatik siyasətçidir, O, verdiyi vədləri həmişə yüksək səviyyədə həyata keçirir. Xalqımız seçkilərdə Ulu Öndərin ən layiqli siyasi varisi İlham Əliyevə səs verərək Onu dövlət başçısı seçdi. Prezident İlham Əliyev isə verdiyi vədə əməl edərək cəmi 4 il ərzində bütün çadır şəhərciklərinin ləğvinə nail oldu. Belə ki, Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsindən Biləsuvar rayonu ərazisindəki 5-i 2003-cü ildə, Bərdə və Ağcabədi rayonlarındakı 4-ü 2006-cı ildə və Saatlı, Sabirabad rayonları ərazisindəki 3-ü isə 2007-ci ildə ləğv edildi .
Ölkəmizdə 2007-ci ildə12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesi sonrakı illərdə daha geniş vüsət alıb. Bütövlükdə, 44 günlük müharibədən əvvəlki dövrdə Bakının ayrı-ayrı qəsəbələrində, Sumqayıtda, ölkənin digər bölgələrində inşa olunan müasir evlər, salınan qəsəbələr hesabına 58 min 203 ailənin və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Mübariz
Xəbər lenti
Hamısına baxDünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10

