Onu bu dəfə kim “döyəcək”?
09.06.2023 [10:27]
Tofiq Yaqublu gündəmə gətirilir. Əldə etdiyimiz məlumata görə, Tofiq Yaqublu yenidən özünü döydürməyə hazırlaşır. Aldıqları qrantları yeyib içənlər boşalmış ciblərini doldurmaq üçün çaba göstərirlər. Radikal müxalifətdə təmsil olunan məlumatlı mənbənin qəzetimizə söylədiyinə görə, Tofiq Yaqublunun yenidən “döyülmüş” vəziyyətdə ictimaiyyətə təqdim edilməsi üçün planlar cızılır. Bu, hətta “qəhrəmanın” özü ilə də razılaşdırılıb.
Xatırladaq ki, ötən ilin yayında da Tofiq Yaqublu analoji hal yaşamışdı. “Yeni Azərbaycan” qəzeti olaraq məsələni araşdırmış, əldə etdiyimiz faktları oxucularımızla bölüşmüşdük. 14 sentyabr 2022-ci ildə dərc edilmiş həmin məqaləni yenidən diqqətinizə çatdırırıq:
Tofiq Yaqublunu “döyən” tapıldı
Onun üzündə əl qabiliyyətini - peşə məharətini göstərən vizajist imiş
Üstündən bir müddət keçməsinə baxmayaraq, Tofiq Yaqublunun “döyülməsi” məsələsi yenidən aktuallaşıb. Buna səbəb bir həkim-patoloqun “Yeni Azərbaycan” qəzetinin redaksiyasına müraciət etməsidir. O, internetdə mövcud olan şəkillər əsasında araşdırma apardığını və bununla bağlı mütəxəssis kimi qənaətlərini ifadə etmək üçün redaksiyamıza üz tutduğunu deyib: “Tofiq Yaqublu fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qaldığını iddia etmişdi. Bilirsiniz ki, onun müraciəti əsasında Səbail Rayon Prokurorluğunda araşdırma aparılıb, iddiaları öz təsdiqini tapmayıb, cinayət işinin başlanması rədd edilib. Bu informasiyanı oxuduqdan sonra mən də araşdırma xarakterli kiçik müşahidə apardım. İnternet səhifələrində yer alan bəzi fotolara müxtəlif rakurslardan nəzər saldım. Düşünürəm ki, döyülmək iddiasının əsası yoxdur. Fikrimi mütəxəssis kimi izah etmək istəyirəm. Hər iki paraorbital nahiyənin əzilməsi və dərialtı hematoma baş, yaxud burun nahiyəsinin travması nəticəsində baş verə bilər. Şəklə görə isə, burun və burunətrafı nahiyədə zədə izləri görünmür. Simmetrik dərialtı hematoma bir qədər şübhə yaradır. Belə ki, simmetrik zədələnmə halı yalnız qapalı kəllə-beyin travması zamanı ola bilər. Döyülmə, yaxud ağır travma zamanı hematoma və zədələnmə assimmetrik şəkildə müşahidə edilir”.
Yeri gəlmişkən, sosial şəbəkə istifadəçiləri T.Yaqublunun “döyülmək” iddiasından dərhal sonra siyasi partiya rəhbərləri, internet kanallarının əməkdaşları ilə ünsiyyət qurmasını da təəccüblə qarşılamışdılar. Qeyd edilmişdi ki, elə bu fakt məsələnin bir qədər şübhəli olduğunu təsdiq edir. Doğrudan, bu vəziyyətdə olan insan necə danışa, yaxud iddialarını səsləndirə bilərdi? Həkim-patoloq bu məsələyə də aydınlıq gətirdi: “Kəllə-beyin travması alan xəstə uzun müddət sabit yataq vəziyyətində olmalıdır. Nitqində və tələffüzündə müxtəlif çatışmazlıqlar qeydə alınır. Halbuki deyildiyi kimi, həmin şəxs bir sıra insanlarla rahat ünsiyyət qurub”.
Maraqlıdır, döyülmədiyi - zədə və zərbə almadığı təsdiqlənən T.Yaqublunun sifətini kim bəzəyib? Yaxud daha dəqiq desək, Yaqublunun üzündə əl qabiliyyətini - peşə məharətini göstərən vizajist kimdir? Bizə və cəmiyyətə məlum olmasa da, özünə bəllidir. Amma önəmli olan vizajistin kimliyi deyil, belə bir saxta iddia ilə ajiotaj yaratmağa çalışan şəxsin “mənliyi”dir!
P.S. Görünən odur ki, qrant əldə etmənin yolu ildə bir dəfə “döyülməkdən” keçir... Qəzetimizdə yazılan hər bir yazını incələyən və müxalif fikirlər yürüdənlər bu araşdırmamıza sükutla yanaşdılar. “Susmaq isə razılıq əlamətidir” deyirlər.
Məsələni diqqətdə saxlayacağıq
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

