Xalqın nicat günü
09.06.2023 [10:42]
15 iyun 1993-cü il müasir tariximizə Milli Qurtuluş günü kimi yazıldı. Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıcı oldu. 1993-cü ilin keşməkeşli iyun günlərində Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi sahələrdə tənəzzül deyil, həm də mənəvi böhran içərisində yaşayırdı. Ölkəmizin dünya xəritəsindən silinmək təhlükəsi vardı - ölkədə hakimiyyətsizlik hökm sürürdü. Orduda özbaşınalıq halları artır, separatçılıq meylləri güclənir, sadə vətəndaşlar təqiblərə məruz qalırdı. O vaxtki iqtidarın səriştəsiz fəaliyyəti ucbatından iyunun 4-də Gəncədə baş verən hadisələr qardaş qırğının baş verməsi həddinə qədər dərinləşmiş və qarşısı alınmaz olmuşdu. Həmin dövrdə cəmiyyət belə qərara gəlmişdi ki, fəlakətin qarşısını Heydər Əliyevdən başqa heç kim ala bilməzdi. Azərbaycan parçalanmaq, öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Xalqın nəzərləri Naxçıvana - Heydər Əliyevə dikilmişdi. Milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda Azərbaycan xalqı taleyini böyük oğlu Heydər Əliyevə etibar etdi. Xalqın təkidli tələbini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtdı. Xalq Heydər Əliyevin bu qayıdışını böyük sevinc və ümidlə qarşıladı.
Xalq seçimində yanılmamışdı. Bu müdrik, təcrübəli insan öz qətiyyəti və dəmir iradəsi sayəsində müstəqilliyimizi qoruyub saxlayaraq, onu əbədi prosesə çevirə bildi. Ümummilli liderimizin geniş dünyagörüşü prinsipiallığı və qətiyyəti sayəsində ölkədə sabitlik bərqərar oldu. Müdrik siyasətçi bütün dünyaya bəyan etdi ki, yolumuz demokratiya yoludur və bu yoldan heç vaxt dönməyəcəyik. Azərbaycanın demokratiya yolunda qısa vaxt ərzində əldə etdiyi nəaliyyətlər dünyanın aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və rifahını, həyat tərzini yaxşılaşdırmaq imkanı yaratdı. Bu möhtəşəm tarix doğma Azərbaycanımızın nicat günüdür. Siyasi fəaliyyətə qayıdan Heydər Əliyev zəngin iqtisadi biliyi əsasında Azərbaycanın yeni dövrü üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi və bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktik əsaslarla sübut etdi. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması bu günkü sosial-iqtisadi inkişaf fonunda qabarıq görünür. Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi Ümummili liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biridir. Ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft strategiyası təkcə dövlətin qoyduğu uğurlu iqtisadi maraqlarının realizə olunmasına deyil paralel olaraq dövlət müstəqilliyimizin qorunub saxlanmasına yönəlmiş siyasi xəttin yürüdülməsinə xidmət edir. Məhz bu strategiya nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman- zaman qlobal məkanda gedən proseslərin istiqamətverici qüvvəsinə çevrilməyə nail olmuşdur. Ümummilli liderimiz qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi. Qanunsuzluqlara, zorakılığa cəzasızlıq əhval-ruhiyyəsinə son qoyuldu. Azərbaycan vətəndaşları təhlükəsiz yaşamaq hüququnu əldə etdi. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə uğur gətirən bu siyasi xətti inamla davam etdirməklə Böyük Öndərin ideyalarını qətiyyətlə həyata keçirməkdədir. Bu gün hamımız ulu öndərin əziz xatirəsini bir daha minnətdarlıqla yad edir, onun ideyalarını həmişəyaşar olacağına inanırıq.
Mehrab Abdurahmanov,
1992-ci ildən YAP-ın üzvü,
Kürdəmir rayonu
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

