Sosial platformaların “sirri” İnnovativlik yaxşıdır, amma...
22.06.2023 [10:40]
Günel ABBAS
Elşad Mirbəşir: Bütün innovativ yenilikləri təhlil edən Beyin Mərkəzi yaradılmalıdır
“TikTok” sosial şəbəkə platforması yarandığı ilk gündən digər platformalardan fərqlənir - bu platforma daha “azad” təsir bağışlayır. Son zamanlar isə ondan fərqli məqsədlər üçün yararlananların geniş vüsət alması, eyni zamanda istifadəçilər arasında yaranan gülünc mübahisələr, davalar, qeyri-etik paylaşımlar, əxlaqdan kənar çəkilişlər insanlarda “TikTok”la bağlı açıq tərəddüdlər yaradır. Hətta bəzi hallarda bu sosial platformada “təmsil olunmaq” istəyi artıq azalmaqdadır. Bu platforma “rəngarəngdir” - hər cür mənzərə ilə qarşılaşma ehtimalımız olan “TikTok” hətta bəzi ölkələrdə qadağan edilib. Bu platformanın cəmiyyətdə bir növ “dağıdıcı katalizator” rolunu oynadığı belə iddia edilir. Təbii ki, informasiya yükü olduğunu deyib faydalananlar, əylənmək məqsədilə istifadə edənlər də var. Amma təəssüf ki, üstünlük cəmiyyət tərəfindən birmənalı qarşılanmayan məsələlərlə bağlıdır...
“TikTok”un ən təhlükəli tərəflərindən biri isə yeniyetmələrin oradan rahat istifadəsidir. Bu isə bəzi hallarda olduqca gərgin və faciəvi nəticələrə belə yol aça bilir - təsəvvür etmək belə çətindir ki, yeniyetmələr heç nəyi düşünmədən, daşınmadan bu platformadan “gen-bol” istifadə edirlər. Özü də daha çox pis rakursdan... Bu, çox ciddi bir siqnaldır. Bu, həm də gənclər arasında çox ciddi psixoloji gərginliklər yarada bilər.
Əlbəttə ki, müasir dövrün tələbi sayılan innovativ yeniliklərdən imtina etmək də doğru qərar sayıla bilməz - bu, heç çıxış yolu da deyil. Amma bu kimi platformalardakı təmsilçiliyi, oradakı davranışları müəyyən mənada ictimai çərçivəyə də salmaq mütləq zərurətə çevrilib. Hətta bəzi ölkələrdə bu addımlar müəyyən inzibati cəza mexanizmləri ilə də müşayət olunur.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elşad Mirbəşir “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizdə internet media və informasiya təhlükəsizliyi ilə bağlı müvafiq qanunvericili var və bu yöndə mühüm qərarlar qəbul edilib: “Bir neçə il öncə Prezident İlham Əliyevin Sərəncamı ilə bununla bağlı müvafiq qanunvericilikdə müəyyən dəyişikliklər oldu. Sadəcə ölkədə bütövlükdə internet media və informasiya təhlükəsizliyi barədə qəbul olunan qərarların icra mexanizmində boşluqlar var. Ona görə də effektiv nəticə görmürük. Qanunvericilik bazası elə tərtib edilməlidir ki, mütləq şəkildə təsirli olsun, çünki bu bizim milli təhlükəsizlik məsələmizdir. Bu mənada “TikTok”da yayımlanan kontentlərə görə şəxslər məsuliyyət daşımalıdırlar. Buna qanunvericilik səviyyəsində müəyyənlik gətirilməlidir”.
Millət vəkilinin fikrincə, internet istifadəçiləri, xüsusilə azyaşlıların mobil qurğulara əlçatanlığı, internetə çıxış imkanları, nəzarətsizliyin olması da bu məsələdə mühüm rol oynayır. “Düşünürəm ki, dünyada baş verən innovativ yeniliklərlə ayaqlaşmaq lazımdır. Bütün innovativ yenilikləri təhlil edən Beyin Mərkəzi yaradılmalıdır. Bir neçə il əvvəl də bu təklifi irəli sürdüm. Adıçəkilən mərkəz dünyada baş verən yeniliklər, yeni texnologiyalar, sosial şəbəkələr, mobil tətbiqləri çevik şəkildə analiz etməlidir. Həmçinin bununla bağlı təkliflər irəli sürülməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

