Azərbaycanın israrlı islahat çağırışları
06.07.2023 [10:54]
Azərbaycan BMT strukturunda islahatların aparılmasına israrlı çağırışlar edir. Bununla bağlı fikirlərini Prezident İlham Əliyev həm yerli auditoriyalarda, həm də beynəlxalq tədbirlərdəki çıxışlarında birmənalı şəkildə ifadə edib.
Ölkəmizin BMT-də islahatlar aparılması ilə bağlı yanaşması heç də təsadüfi deyil. Bir neçə müqayisə aparaq: 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etdi, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başladılar. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt itirilmədən icra edilməsinə dair Bosniya və Herseqovina, Komboca, Somali, Yuqoslaviya, Şərqi Timor, Ruanda təcrübəsini də xatırlada bilərik. Eyni zamanda, BMT tarixində keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamənin yerinə yetirilməməsi təcrübəsi də var. Həmin sənədlər özündə Ermənistanın silahlı qüvvələrinin işğal altına alınmış Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Sənədlərin müddəalarının icrasının - işğalçı qoşunların torpaqlarımızdan çıxarılmasının təmin olunmasına 30 illik zaman lazım gəldi. Və həm də bunu BMT yox, Azərbaycanın özü 44 günlük müharibədə etdi.
Prezident İlham Əliyev BMT-də islahatların zəruriliyini növbəti dəfə iyulun 5-də Bakıda baş tutan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündəki çıxışında diqqət mərkəzinə gətirib. Dövlətimizin başçısı o mövqedən çıxış edir ki, islahatlar çərçivəsində TŞ genişləndirilməlidir. Elə bir mexanizm yaradılmalıdır ki, qurumun formalaşmasında paritetlik, ədalət prinsipləri əsas götürülsün. Belə olan halda BMT hazırkı qlobal güc mərkəzlərinin inhisarından çıxa bilər və onun funksionallığı artar. Qurumda ciddi islahatların aparılmasını qaçılmaz sayan dövlətimizin başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. “Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır.
Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

