“Dərman vasitələri haqqında” Qanuna dəyişiklik edilir
06.07.2023 [13:17]
“Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər ikinci oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyulun 6-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Təqdim olunan layihədə dünya praktikası əsas götürülərək Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Dərman Agentliyi, ABŞ-ın, Yaponiyanın və İsrailin müvafiq dövlət qurumları tərəfindən istifadəsinə icazə verilməsi, habelə Avropa İttifaqına, Avropa Azad Ticarət Assosiasiyasına üzv ölkələrdə, Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişi qüvvədə olan ölkələrin ən azı birində istehsal olunan və (və ya) dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilməsi meyarları nəzərə alınmaqla dərman vasitələrinin xarici (beynəlxalq) qeydiyyatının tanınması nəzərdə tutulub.
Bu dərman vasitələrinin sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən xarici (beynəlxalq) qeydiyyatı tanınaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin sayı azaldılmış və sadələşdirilmiş, qeydiyyat prosedurlarının müddətləri azaldılmışdır. Bununla yanaşı, dərman vasitələrinin xarici (beynəlxalq) qeydiyyatının tanınmasına müraciət edən ərizəçi qismində istehsalçı ilə yanaşı, topdansatış əczaçılıq müəssisəsi nəzərdə tutulmuşdur. Beləliklə, dərman vasitələrinin Azərbaycana gətirilməsi məqsədilə qeydiyyatı üçün müraciət edə biləcək tərəflərin dairəsi genişlənib və bütövlükdə qeydiyyat prosesi sürətləndirilib.
Qanun layihəsində dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə (track and trace) sisteminin tətbiq edilməsi nəzərdə tutulub. Bu sistem istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti həyata keçirən və bununla bağlı məlumatları qeydə alan informasiya ehtiyatı olacaq. Həmçinin dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi nəzərdə tutulub.
Bununla yanaşı, layihədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur (hazırda tənzimlənmiş vahid qiymətlərlə satıla bilər).
Həmçinin qanun layihəsində bioloji aktiv qida əlavələri ilə əlaqədar tənzimləmələr təkmilləşdirilir (adlarının yazılması, apteklərdə saxlanılması, reklamlarda verilməsi). Bioloji fəallığa malik qida əlavəsinin və dövlət qeydiyyatına alınmış dərman vasitəsinin adlarında ən azı 4 hərf fərqi olması tələbi müəyyən edilmiş, bioloji fəallığa malik qida əlavəsinin tərkibində olmayan maddənin onun adında istifadəsi qadağa edilib.
Layihədə tibb vasitələrinə dair tənzimləmələr (idxalı, sertifikatlaşdırılması, reyestrinin aparılması), dərman vasitələrinin idxalına icazə verilməsi proseduru, dərman vasitələrinə reseptlərin yazılması qaydası (o cümlədən reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi) müəyyən edilib.
Beləliklə, qanun layihəsinin qəbul edilməsi dərmanların dövlət qeydiyyatı prosedurunun optimallaşdırılması, ölkə ərazisinə idxal edilən keyfiyyətli dərman vasitələrinin sayının artırılması, ölkədə yarana biləcək dərman qıtlığının aradan qaldırılması və dərman vasitələrinin istehsalı ilə məşğul olan etibarlı və tanınmış istehsalçıların dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının sadələşdirilməsi, innovativ dərman vasitələrinin dövlət qeydiyyatına cəlb edilməsi, ekspertizanın həyata keçirilmə müddətlərinin azalması, tələb edilən sənədlərin azalması və sahibkarlıq subyektləri üçün prosesin sadələşdirilməsinə səbəb olacaq.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

