Vilnüs Sammiti başa çatdı...
13.07.2023 [11:00]
Qərb Ukraynaya dəstəyini artırır
Günel ABBASOVA
NATO-nun Vilnüs Sammiti və onun nəticələri mühüm maraq kəsb etməkdədir. Qeyd edək ki, Avroatlantik Alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə iyulun 11-12-də Rusiya sərhədindən təqribən 300 kilometr məsafədə yerləşən Vilnüsdə keçirilən Sammit bir sıra məqamları ilə yadda qaldı. Litvanın evsahibliyi ilə keçirilən Zirvə toplantısında alyansa üzvlük üçün müraciət etmiş İsveçlə yanaşı, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya da liderlər səviyyəsində təmsil olundu. Sammitə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.
Qərb ölkələrinin rəsmiləri NATO-nun illik sammitinin keçmiş sovet respublikasında keçirilməsinin Rusiyaya bir mesaj olduğunu bildiriblər. Xatırladaq ki, hələ 1990-cı ildə SSRİ-nin tərkibindən çıxaraq dövlət müstəqilliyini elan etmiş Litva 2004-cü ildə alyansa üzv qəbul olunub. Litva sammitində əsas müzakirə mövzuları Ukrayna və Rusiya ilə bağlı olub. Kiyevlə siyasi münasibətləri növbəti mərhələyə çıxarmaq məqsədlə NATO-Ukrayna Şurası yaradılıb. Şura ilk iclasını Vilnüsdə keçirib.
Təhlükəsizlik tədbirləri gücləndirildi
Sammitlə əlaqədar Litva hökuməti təhlükəsizlik tədbirlərini daha da gücləndirmişdi. Belə ki, NATO sammiti zamanı Litvada pilotsuz təyyarələr və kommersiya uçuşları qadağan edildi. Bu barədə Aerokosmik Məlumat Mərkəzinin direktoru İqnas Daeula istinadən “Bernardinai” nəşrinin məlumatında bildirilib: “Biz dronların məsuliyyətli və qanuni istifadəsini başa düşürük. Bu yüksək səviyyəli sammit zamanı görülən zəruri ehtiyat tədbirlərini tam dəstəkləyirik. Dronların uçuşlarına qoyulan qadağa sammitin keçiriləcəyi yerlər haqqında casus məlumatlarının toplanması təhlükəsi ilə bağlıdır”. Həmçinin qeyd olunub ki, iki gün davam edən sammit zamanı Vilnüs Beynəlxalq Hava Limanı kommersiya uçuşları üçün bağlanıb.
Sammitin təfərrüatları - müharibə biləcəkmi?
Politoloq İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Şimali Atlantika Alyansının Vilnüs Sammiti Rusiya-Ukrayna müharibəsinin perspektivləri, gedişat və nəticələr haqqında müzakirələrlə yadda qaldı: “Ukraynaya yardım paketinin artırılması, mərhələli şəkildə bu işin icrası həm də çox yaxın müddət ərzində Rusiya-Ukrayna müharibəsinin bitməyəcəyinə bir işarədir. Çünki Ukrayna əks hücum haqqında düşünür, torpaqlarının işğaldan azad olunması barədə planlar cızır. Rusiya nəinki tutduğu torpaqları qaytarmaq fikrindədir, hətta daha irəliyə gedərək mövqelənmək əzmindədir. Buna görə də, Qərb Ukraynaya dəstək göstərir, ərazi bütövlüyü kontekstində yardımlar həyata keçirilir. Düzdür Ukrayna NATO üzvlüyünə qəbul edilmir - əsas şərt kimi müharibənin bitməsi və ərazilərin Rusiya işğalından azad olunması tələbidir. Bu tələbin reallaşması hazırda çox çətin görünür. Çünki Rusiya müxtəlif addımlarla, təhdidlərlə, gövdə nümayişi ilə Qərbə və Ukraynaya mesajlar göndərir. Kaxovka su elektrik stansiyasının sıradan çıxarılması, Zaporojye atom elektrik stansiyasının vurulması ilə bağlı fikirlər və digər nüvə təhdidləri də hər zaman aktual olaraq qalmaqdadır”.
Türkiyə Aİ yolunda...
Politoloq qeyd edib ki, Vilnüs sammitində biz həm də Türkiyə ilə bağlı məsələlərin müzakirə olunduğunu gördük: “İsveçin Alyansa üzvlüyü məsələsinə Türkiyə müsbət yanaşmağa doğru addım atdı. Türkiyə burada öz geosiyasi maraqları çərçivəsindən çmıxış etdi və Avropa İttifaqına üzvlük məsələsi yenidən aktuallaşdı. Lakin Türkiyənin F-16 qırıcılarının modern versiyalarını əldə etməsi məsələsi də gündəmə gəldi. Bu, minimum proqram kimi görünməkdədir. Gələcəkdə Qərb, Türkiyə, NATO və ABŞ münasibətlərində biz müəyyən irəliləyişə şahidlik edə bilərik”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45

