Yayda uşaqların düzgün və sağlam qidalanması üçün nələr edilməlidir?
13.07.2023 [12:31]
M.BAYRAMLI
Yay aylarında uşaqlar arasında qidalanma problemlərinə daha çox rast gəlinir. Xüsusilə də bu günlərdə qida zəhərlənməsi riski daha yüksək olur. Dondurma, süd və qaymaqlı qidalar tez xarab olduğundan və ya saxlama şəraitinin düzgün olmadığından zəhərlənmə halları baş verir. Mütəxəssislərin sözlərinə görə, uşaqların düzgün qidalanmasına valideynlər xüsusi diqqət yetirməlidirlər. Bu kimi problemlərdən xilas olmaq üçün uşaqların düzgün və sağlam qidalanması təmin edilməlidir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev yeniazerbaycan.com-a bildirib ki, yay mövsümündə yüngül və yeni hazırlanmış qidalara üstünlük vermək lazımdır: "Yay aylarında hava isti olduğundan həm uşaqlarda, həm də böyüklərdə iştahsızlıq müşahidə edilə bilər. Buna görə yüngül zülallı qidalara, süd məhsullarına üstünlük vermək lazımdır".
Həkimin sözlərinə görə, isti aylarda iştahsızlıqdan müəyyən qədər çəki itkisi olsa da, bu narahat olunacaq məqam deyil. "Xüsusilə də uşaqlar yemək yeməyəndə və ya iştahsız olanda valideynlər narahat olmamalıdırlar. Uşaqları yemək yeməyə məcbur etməməlidirlər. Əlavə vitamin komplekslərinin də qəbul edilməsinə ehtiyac yoxdur. Əgər uşağın orqanizmində müqavimət yaxşıdırsa və dondurma yemək istəyirsə, iki yaşından sonra icazə vermək olar. Lakin soyuq içkilərin verilməsi tövsiyə edilmir", - deyə həkim qeyd edib.
Eləcə də gün ərzində saf suyun qəbulu daha çox tövsiyə edilir. Orqanizmin tələbatından asılı olaraq bədənin maye balansı qorunmalıdır. Valideynlər uşaqlarını maye qəbuluna öyrəşdirməlidirlər.
Uşaqların rejimsiz və yatmazdan öncə qidalanması piylənmə yaradır. Axşam yatmamışdan iki saat öncə qidanı dayandırmaq lazımdır: "Çünki yuxu saatına yaxın orqanizm özünü yatmağa hazırlayır. Buna görə çalışmaq lazımdır, yatmamışdan bir neçə saat öncə çətin həzm olunan qidalar qəbul edilməsin. Axşam saatlarında yemək yeyiləcəksə də, yüngül qidalara, tərəvəzlərə üstünlük verilməlidir".
Uşaqların sağlam qidalanmasında diqqət edilməsi vacib 10 əsas məsələ:
- Şəkərli və qazlı içkilər əvəzinə, ev şəraitində hazırlanmış təbii kompot, dovğa və ya ayran içirin.
- Yemək yemələri üçün məcbur etməyin. Yayda iştahın azalması normalıdır. Yüngül qidalara üstünlük verin.
- Sağlam qidaların faydaları barədə uşaqlarınızı maarifləndirin.
- Altı yaşa qədər uşaqların qidalanması ilə bağlı pediatrla məsləhətləşin.
- Mümkün qədər az şirniyyat yedirin.
- Dönər, burger, fri kartof kimi Fast Food qidalardan uzaq tutun.
- Hisə verilmiş balıq məhsullarını verməyin.
- Konserv tipli məhsulları rasiondan çıxarın.
- Yeməklərində trans yağ əvəzinə, quyruq və ya kərə yağından istifadə edin. Salatlarına zeytun yağı əlavə edin.
- Uşaqlarınızı idmana yazdırın (üzgüçülük, futbol, gimnastika, voleybol və s.)
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

