Ermənilər Blinkenin fikirlərini təhrif edirlər
15.07.2023 [10:36]
Nardar BAYRAMLI
İyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayıb. Bu, Ermənistanın ölkəmizə qarşı əsassız iddialarının iflasa uğradığını göstərir.
Mövzu ilə bağlı yeniazerbaycan.com-a açıqlama verən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, ABŞ Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin sülh sazişi ilə sonlandırmağa çalışır. A.Blinkenin ifadə etdiyi mövqe də bu qənaətə gəlməyə əsas verir. Onun fikrincə, əslində ABŞ Dövlət katibi artıq sülh sazişinin imzalanmasının zamanının yetişdiyini və bunun üçün lazımi olan şəraitin mövcud olduğunu ifadə etmək istəyib: “Təbii ki, bu da Ermənistanın xoşuna gəlmir. Çünki İrəvan sülh sazişinin tezliklə imzalanmasında maraqlı deyil. Erməni mediası Azərbaycan Prezidentinin Blinkenlə telefon söhbətində bir məqamın üstündən keçir. Onlar Prezident Əliyevə Dövlət katibi Blinkenin telefon zəngi barədə məlumatlardan bir nüansı öz xeyirlərinə yozmağa çalışırlar. Ermənilərin çox “stavka” etdiyi məqam budur ki, Blinken Laçın yolunda nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin olunmasının vacibliyini vurğulayıb. Bəs Blinkenin Laçın yolunda “KPP” ilə bağlı dediklərini niyə görməzlikdən gəlirlər? Məlumdur ki, Blinken Prezident İlham Əliyevlə söhbətində “Laçın yolunda sərhəd-gömrük buraxılış məntəqəsinin daşımalarda önəmli rol oynadığını” xüsusi vurğulayıb. Bilirsinizmi bu nə deməkdir? O deməkdir ki, ABŞ Laçın yolunda “KPP”ni qanuni olaraq tanıyır. Bu faktın Avropa Məhkəməsinin “KPP”nin ləğv edilməsi barədə Ermənistanın iddiasına 12 iyul tarixli qəti rədd cavabı ilə bir vaxta düşməsi ermənilərin belini sındırır”.
A.Quliyev qeyd edib ki, erməni tərəfi Blinkenin dediyi fikirləri özlərinə sərf olunan formada təqdim edir: “Bu da Laçın yolun açılması ilə bağlı çağırışdır. Əslində, Azərbaycan da yolun açılmasının əleyhinə deyil. Əgər ermənilər qaydalara əməl edəcəklərsə, nəqliyyat vasitələrinin gediş-gəlişi humanitar xarakter daşıyacaqsa bu, təmin edilə bilər. Amma Ermənistan Laçın yolundan yoxlanılmamış nəqliyyat vasitələrinin intensiv hərəkətinin təmin olunmasına çalışır. Bütün bunların fonunda A.Blinkenin fikirləri çox əhəmiyyətlidir”.
Xəbər lenti
Hamısına baxGündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46

