Mətbuat Şurası Fransa Prezidentinə açıq məktub ünvanlayıb
15.07.2023 [18:56]
Azərbaycan Mətbuat Şurası Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu il iyulun 11-13-də Fransaya işgüzar səfəri çərçivəsində ölkə Senatının sədri Jerar Larşe tərəfindən qəbul edilib. J.Larşe iyulun 13-də özünün tviter hesabındakı paylaşımında bildirib ki, A.Simonyanla ayın 11-də keçirdiyi görüşdə Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin dərhal açılmasını, guya Ermənistanın təhlükəsizliyinin təminatı məqsədilə Fransanın ona müdafiə xarakterli silahlar verməsini tezləşdirməsini tələb edib.
Fransa parlamentinin yuxarı palatası olan Senatın rəhbərinin bu mövqeyi Azərbaycan cəmiyyətində ciddi etiraz formalaşdırdığı kimi, ölkəmizin media ictimaiyyətinin də narazılığına səbəb olub. Həmçinin Larşenin paylaşımının Fransanın ayrı-ayrı media orqanlarında yayılması və təqdir edilməsi də ciddi narazılıq doğuran məqamlardan biridir.
Hesab edirik ki, Senatın sədrinin belə fikir bildirməsi həssaslığı ilə seçilən Cənubi Qafqaz bölgəsində sülhün əldə edilməsinə yönələn səylərə qarşı çıxmaq cəhdidir. Təəssüf ki, bu cəhd müxtəlif media vasitələrinin köməyi ilə Fransanın ictimaiyyətinə ötürülüb, bununla faktiki müharibə ab-havasının formalaşdırılmasına start verilib.
Hazırda Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir. Azərbaycan mediası iki ölkənin ortaq məxrəcə gəlməsi, sülh müqaviləsinin imzalanması, bölgədə kommunikasiyaların tam açılması, sərhədlərin delimitasiyası kimi məsələlərin həllinə yönəlmiş səyləri yaxından izləyir. Avropa İttifaqının da diqqət mərkəzində olan bu prosesə bütövlükdə böyük ictimai maraq vardır. Mövcud şəraitdə, sülh gündəliyinin aktuallıq daşıdığı bir zamanda cənab Larşenin Ermənistanın silahlandırılması və yekun nəticədə isə regionun militarizasiyası məqsədini güdən bu mesajını yolverilməz hesab edirik.
Otuz ilə yaxın müddətdə münaqişənin ədalətli həllinə yönəlmiş hər hansı addımın atılmaması, əksinə, Ermənistanın davamlı silahlandırılması işğalçının yeni cinayətlərə hədəflənməsinə şərait yaratdı. Hesab edirik ki, beynəlxalq aləm, o cümlədən Fransa ictimaiyyəti və mediası, ilk növbədə, bunu nəzərə almalı, regionda gərginliyin daha da artmasına və arzuolunmaz ssenarilərin yaşanmasına qarşı müqavimət göstərməlidir. Cənab Larşenin fikirlərinin təbliği yaşadığımız coğrafiyada hələ də kövrək olan sülh gündəmini təhlükəyə atır, militarizmin vüsət alması üçün zəmin yaradır. Bu, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri kimi, ölkəmizin mühüm ictimai institutlarından sayılan, tərkibində aparıcı media orqanlarını və jurnalist təşkilatlarını birləşdirən Mətbuat Şurasını da məyus edir və təəssüfləndirir. Azərbaycan jurnalistləri hesab edirlər ki, indi yaranacaq hansısa xoşagəlməz hala, silahlı eskalasiyaya və digər gərginlik təmayüllərinə görə məsuliyyət birbaşa Fransa dövlətinin və onun rəhbərliyinin üzərinə düşəcək.
Cənab Prezident, ümid edirik ki, Fransa rəhbərliyi birtərəfli mövqeyini, Ermənistanı silahlandırmaqla regionda qeyri-sabitliyin daha da güclənməsinə yönəlmiş siyasətini yenidən nəzərdən keçirəcəkdir. Onu da diqqətinizə çatdırmaq istərdik ki, hazırkı dövrə kimi Fransa tərəfindən Ermənistana piyada döyüş maşınlarının, Fransanın lisenziyası ilə Hindistanda istehsal olunan artilleriya və raket sistemlərinin və digər hücum və öldürücü ağır silahların verilməsinə dair faktlar vardır. Bundan başqa, Fransanın Ermənistanda hərbi attaşe ofisini yaratdığı da bildirilir. Ümid edirik ki, qeyd edilmiş bu məsələlər ciddi araşdırılacaq, bizim sorğularımız cavablandırılacaq və Fransa dövləti bütün bunlara aydınlıq gətirəcəkdir.
Sizi vurğuladığımız məsələyə həssas yanaşmağa, Cənubi Qafqazda davamlı sülhün dəstəklənməsinə səy göstərməyə çağırırıq. İnanmaq istərdik ki, çağırışımıza adekvat münasibət ortaya qoyulacaq və Fransa bundan sonra Azərbaycanla Ermənistan arasında problemlərin həlli məsələsində ədalətli mövqe nümayiş etdirəcək, gərginliyin aradan qalxmasına töhfə verməklə, hər iki ölkənin xalqlarının dinc və əmin-amanlıq şəraitində yaşaması kimi bəşəri missiyanın gerçəkləşməsinə kömək göstərəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

