Cənubi Qafqazın gələcəyində Azərbaycan-Türkiyə faktoru
18.07.2023 [11:40]
Nardar BAYRAMLI
Azərbaycan-Türkiyə faktoru Cənubi Qafqazın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edir.
Bu barədə yeniazerbaycan.com-a açıqlamasında millət vəkili Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, Ermənistanın 30 illik işğalı dövründə bölgədə vəziyyət qeyri-müəyyən olub. Bəzi beynəlxalq dairələr isə münaqişənin dondurulmasına çalışırdı. ATƏT-in Minsk qrupunun həmsədrləri nəinki problemin həlli üçün heç bir addım atmadı, əksinə bir çox hallarda işğalçı Ermənistanın maraqlarına uyğun mövqe sərgilədilər. “Təbii ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışa bilməzdi və barışmadı. Dövlətimiz hər zaman bəyan edirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu məsələdə qardaş Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini birmənalı olaraq dəstəkləyib” ,- deyən millət vəkili əlavə edib ki, 44 günlük Vətən müharibəsində rəsmi Ankaranın ölkəmizə mənəvi və siyasi dəstəyinin böyük əhəmiyyəti oldu.
K.Bayramovun fikrincə, həm Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, həm də Türkiyə amili bəzi beynəlxalq güclərin ölkəmizə qarşı təzyiqlərini neytrallaşdırdı: “Azərbaycanın müharibədə qalib gəlməsi bölgədə müəyyən maraqları olan, Ermənistana havadarlıq edən dairələrin planlarını pozdu. Artıq Azərbaycan və Türkiyə faktoru öndədir. Məlumdur ki, 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq Türkiyə-Rusiya Monitorinq Mərkəzi yaradılıb. Türkiyənin burada olması bizim milli maraqlarımıza tam cavab verir. Doğrudur, həmin bəyanatın bəzi müəddəaları, xüsusilə qanunsuz erməni hərbi dəstələrinin Qarabağdan çıxarılması təmin edilməyib. Bu məsələdə Rusiya sülhməramlı kontingeninin üzərinə məsuliyyət düşür. Əgər onlar öhdəliklərini yerinə yetirməsələr, Azərbaycan özünün beynəlxalq konvensiyalara söykənən müstəsna hüququndan istifadə edəcək. Çünki 2025-ci ildə Rusiya sülhməramlılarının mandatı başa çatır və onlar Qarabağı tərk etməlidirlər. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Vilnüs sammitində səsləndirdiyi fikirlər böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, rəsmi Bakı regionda vəziyyətə tam nəzarət edir. Hansısa qüvvələrin regionda gərginliyi saxlamaq, Qarabağ separatçılarına dəstək göstərmək cəhdləri heç bir nəticə verməyəcək”.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

