Paşinyan və Mirzoyana cavab
25.07.2023 [11:05]
Qərbi Azərbaycan İcması Bəyanat yayıb
Yeganə BAYRAMOVA
Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın son günlər səsləndirdikləri qərəzli fikirlərilə bağlı bəyanat yayıb. Xatırladaq ki, Paşinyanla Mirzoyan Ermənistan hökumətinin ikiüzlülüyünü və insan haqları kimi nəcib məfhumdan öz ərazi ekspansionist planları üçün sui-istifadə etməsini açıq-aşkar göstərən bədnam iddialarla çıxış ediblər.
Bəyanatda qeyd olunub ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla qovmuş və mədəni irsimizi, müqəddəs yerlərimizi, məzarlıqlarımızı təhqir edərək vətənimizdə varlığımızın izlərini silməyə çalışır: “Bizim təhlükəsiz və ləyaqətlə evlərimizə qayıtmaq üçün davamlı dialoq çağırışlarımıza və səylərimizə baxmayaraq, Ermənistan hüquqlarımıza tam hörmətsizlik nümayiş etdirərək, bu məsələ ilə bağlı müzakirələrdən imtina edir”.
Beynəlxalq hüququn açıq şəkildə pozulması...
İcmanın sözügedən cavabında qeyd olunub ki, Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların evlərinə qayıtmasının qarşısını almağa davam edərkən, Azərbaycanın Qarabağ İqtisadi Rayonunda yaşayan etnik ermənilərlə bağlı insan haqları arqumentlərindən həyasızcasına sui-istifadə etməyə çalışır: “Ermənistanın iddiaları mahiyyətcə əsassız olmaqla bərabər, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd xarakteri daşıyır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü yalnız şərti olaraq tanımaqla əsl niyyətini ortaya qoyur. Bununla da separatçılıq cəhdləri üçün imkanları açıq saxlamağa çalışır. Ermənistanın bu davranışı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və ATƏT-in dövlətlərarası münasibətlərdə milli azlıqlara dair tövsiyələrində əksini tapmış prinsiplərə tamamilə ziddir. Xatırladaq ki, ATƏT-in tövsiyələrində digər məsələlərlə yanaşı aşağıdakılar qeyd edilir:
Dövlətlər xaricdəki milli azlıqlara öz ərazisində olan milli azlıqlardan daha çox maraq göstərsələr və ya başqa yerlərdəki azlıqlara etinasızlıq nümayiş etdirdikləri halda müəyyən bir milli azlığı fəal şəkildə dəstəkləsələr, onda onların hərəkətlərinin motivləri və etibarlılığı sual altına alınmalıdır”.
Ermənistanın bu siyasəti rədd edilməlidir!
İcmanın bəyanatında vurğulanıb ki, Ermənistanın geri qayıtmaq hüququmuza məhəl qoymaması, bu prosesə yardım etmək və Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün beynəlxalq missiyaları qəbul etməkdən imtina etməsi hamılıqla pislənməlidir: “Beynəlxalq ictimaiyyət Ermənistanın açıq-aşkar şəkildə öz ərazisində həyata keçirdiyi “etnik azlıq yoxdursa, problem də yoxdur” yanaşmasına əsaslanan siyasətini rədd etməlidir”.
İcmadan dünya ictimaiyyətinə çağırış...
Bəyanatda, həmçinin qeyd olunub ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün insan haqları ritorikasından kobud şəkildə sui-istifadə edir: “Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanın hərəkətlərini daşıdığı məhz bu mahiyyətinə görə pisləməyə çağırır. Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistandakı evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməsini və insan haqlarından fürsətçi və ikiüzlü şəkildə sui-istifadəsinə son qoymasını tələb edirik.
Ədalət və geri qayıtmaq hüququ uğrunda mübarizəmizi davam etdirməklə dinc dialoqa sadiqliyimizi bir daha bəyan edirik. Dünya ictimaiyyətini etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün insanların hüquqlarına hörmət edildiyi və qorunduğu bir gələcək naminə həyata keçirdiyimiz fəaliyyətimizə dəstək olmağa və bizimlə həmrəy olmağa çağırırıq”.
Qeyd edək ki, bu günlərdə Qərbi Azərbaycan İcmasının tərkibində Zod icmasının Göygöl nümayəndəliyi yaradılıb. İcmanın yerli nümayəndəliyi həmin rayonlarda yaşayan qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə fəaliyyət həyata keçirəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03

