Ermənistanın sülhdən başqa seçimi yoxdur
25.07.2023 [11:48]
Beynəlxalq vasitəçilərin təşəbbüsləri
Nardar BAYRAMLI
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiya, Avropa İttifaqı və ABŞ vasitəçilik edir. XİN başçıları ötən ay ABŞ-da görüşdülər. Görüşdə tərəflər bəzi məsələlərdə razılığa gəldiklərini bəyan etdilər. Rusiyaya gəlincə, Dağlıq Qarabağ münaqişəsinə rəsmi Moskvanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla son qoyulub. Bundan əlavə, Rusiya liderlərin bir neçə görüşünə də evsahibliyi edib.
Azərbaycan bölgədə sülhün təmin olunması naminə irəli sürülən bütün təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir. Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünə də bu kontekstdə yanaşılmalıdır. Dövlətimiz sülhə, sabitliyə xidmət edən bütün təşəbbüsləri təqdir edir. Bu baxımdan, keçiriləcək görüş sülh yolunda irəliləyişə səbəb olacaqsa, Azərbaycan tərəfindən dəstəklənəcək.
Beləliklə, hazırda hər iki tərəf sülh müqaviləsinin imzalanması ilə əlaqədar təmasları davam etdirirlər. Prosesin ləng getməsinin səbəbi isə Ermənistanın qeyri- konstruktiv mövqe nümayiş etdirməsidir. Halbuki erməni tərəfi Praqa sənədində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləyib. Rəsmi İrəvan Azərbaycanın 5 bənddən ibarət olan sülh sazşi üzrə təkliflərini qəbul etdiklərini bəyan etsə də, son zamanlar dövlət rəhbərliyi səviyyəsində ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edirlər. Bu da sülh sazişinin imzalanmasına əngəl olan amildir. Lakin erməni tərəfinin sülh müqaviləsinə imza atmaqdan başqa yolu yoxdur. Ona görə ki, haqlı və qalib Azərbaycanın irəli sürdüyü təkliflər konstruktiv məzmuna malikdir. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları da yeni mərhələdə müzakirə predmetinin müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Digər tərəfdən, Ermənistanın hər hansı pozucu fəaliyyət göstərmək şansı və imkanı yoxdur. Bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil.
Xəbər lenti
Hamısına baxAnalitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53

