/ / Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib
29.07.2023 [11:46]
İyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Z.Həsənov Şuşada keçirilmiş Qlobal Media Forumunun açılış mərasimində və digər çıxışlarında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusunun əvvəlkindən daha güclü olması barədə səsləndirdiyi yüksək fikirlərin hər birimiz üçün qürur mənbəyi olduğunu və bizi növbəti böyük uğurlara ruhlandırdığını, eyni zamanda şəxsi heyətin məsuliyyətini daha da artırdığını xüsusi vurğulayıb.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.
Nazir Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqinin son günlərdə intensivləşməsinə toxunaraq, hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı müvafiq göstərişlər verib.
Hərbi qulluqçuların peşəkarlığının, praktiki vərdişlərinin və bölmələrin döyüş qabiliyyətinin daima yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların qarşılıqlı fəaliyyətdə keçirdiyi təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsi, əməliyyat planlarının mütəmadi olaraq dəqiqləşdirilməsi, habelə təlimlərin keyfiyyətinin daha da artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Müşavirədə yeni tədris dövrü ərzində qoşunların döyüş hazırlığı və hərtərəfli təminatı, xüsusilə qışa hazırlıq məsələləri müzakirə edilib, qarşıda duran bir sıra tapşırıqlar aidiyyəti üzrə qoşun növü komandanlarına çatdırılıb. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub.
Daha sonra Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən cari ilin birinci yarımili ərzində Azərbaycan Ordusunda keçirilən tədbirlər barədə məruzələr dinlənilib, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi barədə aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verilib.
Z.Həsənov hərbi qulluqçuların yay mövsümündə günvurmadan qorunması, onların tibbi təminatının mövsümün tələblərinə uyğun ciddi nəzarətdə saxlanılması, xüsusilə də xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya prosesinə həssaslıqla yanaşılması barədə tələblərini komandir heyətinə çatdırıb.
Hərbi qulluqçuların xidməti-döyüş və sosial-məişət şəraitinin daima yaxşılaşdırılmasının onların mənəvi-psixoloji vəziyyətində, eləcə də döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında mühüm rol oynadığını qeyd edən nazir bu istiqamətdə görülən işlərin planlı şəkildə davam etdirilməsinə, həmçinin şəxsi heyətə hər zaman diqqət və qayğı ilə yanaşılmasına dair əlavə göstərişlər verib.
Müşavirədə həmçinin azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis təminatı tədbirlərinin plana uyğun davam etdirilməsinə xüsusi diqqət yetirilməsi tapşırılıb.
Sonda general-polkovnik İstanbulda keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin Su-25 ML (modernizə edilmiş "Laçın") hücum təyyarəsinin atəş imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

