İnformasiya müharibəsində gənclərin rolu və məsuliyyəti
04.08.2023 [14:00]
Günel ABBAS
Milli Məclisin üzvü Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Prezidentin İkinci Qarabağ savaşında xarici media qurumlarına verdiyi müsahibələr Azərbaycanın informasiya müharibəsində uğur qazanmasına gətirib çıxardı.
"Müasir dövr, doğrudan da, informasiya müharibəsi dövrüdür, yəni, döyüşən təkcə ordular deyil. Müharibə zamanı hər iki tərəfin ideologiyası, təbliğat maşını işə düşür. Azərbaycan Vətən müharibəsində Ermənistanın yaydığı uydurma məlumatları məhdudlaşdırır, onlara tutarlı cavablar verirdi. Həmin dövrdə ölkəmizin kütləvi informasiya vasitələri həm xaricə, həm də daxilə yönəlik kifayət qədər uğurlu iş ortaya qoydular. İnformasiya müharibəsində İkinci Qarabağ savaşı zamanı qardaş Türkiyənin media cameəsi də bizə çox kömək etdi, onlar bizimlə, demək olar ki, elə eyni cəbhədə döyüşürdülər. Müharibə həqiqətlərinin dünyaya bəyan edilməsində, düşmənin qara piar xarakterli məlumatlarının yayılmasının qarşısının alınmasında Türkiyənin rolu, sözsüz ki, danılmazdır. Vətən müharibəsi də sübut etdi ki, uğurlu aparılan təbliğat işi, informasiya mübarizəsi düşmən üzərində qələbə qazanmaq üçün zəmin yaradır. Prezident İlham Əliyevin xarici KİV-nin suallarını bir neçə dildə səlis şəkildə, səbirlə və dəqiq cavablandırması Azərbaycanın informasiya müharibəsində qələbə qazanmasını təmin etdi. Bu uğurlu proses postmüharibə dövründə də davam etdirilir”.
Onun sözlərinə görə, müasir gəncliyimizin vətənpərvərlik anlayışının geniş olmasını, təhsili və fərdi inkişafı vasitəsilə Vətənə xeyir verməyə çalışdıqlarını təqdirəlayiq hal kimi dəyərləndirib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin mühüm rolunu, onların bu sahədə fəaliyyətlərini düzgün qurmalarının əhəmiyyətini və dünyanın hər yerində yaşayan gənclərimizin şəbəkələşərək vahid amal uğrunda birləşmələrinin vacibliyini vurğulayıb: “Bu gün hər bir azərbaycanlı kimi qarşımızda erməni vandalizminin nəticələrini dünyaya çatdırmaq vəzifəsi dayanır. Bu, çox məsuliyyətli işdir. Azərbaycan dövləti tərəfindən xaricdə təhsil almağa göndərilən gənclər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar. Belə ki, xaricdə yaşayan azərbaycanlı gənclər vasitəsilə dünya ictimaiyyətinə ölkəmiz haqqında məlumatların çatdırılması prosesi sürətləndirilib. 44 günlük müharibə zamanı Azərbaycan gəncləri həm hərb - döyüş meydanında, həm də informasiya məkanında mübarizə aparıblar”.
“Erməni işğalı və bunun nəticəsində dinc əhalinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatların dünya ictimaiyyətinə tam və hərtərəfli şəkildə çatdırılmasında gənclərin məlumatlılığının artırılması vacibdir. İşğal nəticəsində soydaşlarımız öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşüb, ermənilər tərəfindən qətlə yetirilib, itkin düşüb, əsir götürülüb və Azərbaycana məxsus mədəni irs erməni vandalları tərəfindən məhv edilib. Gənclər olaraq məqsədimiz bu istiqamətdə işlərimizi intensiv aparmaq və bütün gücümüzü buna səfərbər etməkdir”, - deyə C.Osmanov söyləyib.
Deputat qeyd edib ki, mənfur qonşularımızın beynəlxalq ictimai rəyi yanıltmaq cəhdlərinin qarşısını almaq üçün tariximizi daha yaxşı öyrənməli və öyrətməliyik: “Eyni zamanda, gənclər müasir informasiya texnologiyalarından səmərəli və məqsədyönlü istifadə etmək üçün müasir biliklərə yiyələnməlidirlər. Bu, olduqca vacibdir. Çünki inkişaf edən dünyada yeni reallıqlarla ayaqlaşmaq, çağırışlara cavab vermək həm də milli maraqların qorunması üçün əlavə imkanlar yaradır. Bizim isə qarşımızda çox mühüm vəzifələr dayanır. Qeyd etdiyim kimi, bu gün erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması gənclərin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu kontekstdə sistemli və ardıcıl fəaliyyət hər birimizin borcudur. Biz, bu məsələdə öz vətəndaşlıq mövqeyimizi nümayiş etdirməli, müsbət nümunə yaratmalıyıq”.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

