Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazası yaradılacaq
05.08.2023 [11:07]
Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 2022-cü il sentyabrın 24-də Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Bu il iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Komissiyanın Əsasnaməsi təsdiq olunub. Əsasnamədə Komissiyanın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili əksini tapıb.
Bununla bağlı, Komissiyanın ilk iclasında Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev Sərəncamın icrası ilə bağlı qarşıda duran vəzifələr və görüləcək işlər barədə çıxış edib. Prezidentin Sərəncamının əhəmiyyəti vurğulanıb, bu barədə mövcud vəziyyətin təhlili şərhi verilib, ölkədə təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində müvafiq institusional sistemin yaradıldığı, normativ hüquqi baza formalaşdırıldığı və bu istiqamətdə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən nəzarətin və tənzimləmənin həyata keçirildiyi qeyd edilib.
Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı zamanı mümkün qəzaların qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsinə, gələcək risklərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillərin yerinə yetirilməsinə, xüsusən də bu istiqamətdə aidiyyəti dövlət qurumları arasında operativ və səmərəli məlumat mübadiləsinin aparılmasına, onların fəaliyyətinin əlaqələndirilməsinə, habelə burada səmərəli planlaşdırmanın və koordinasiya işinin təşkilinə böyük ehtiyacın olduğu bildirilib.
Bütün bunlardan irəli gələrək, Komissiya qarşısında duran vəzifələrin, səmərəli koordinasiyasının təşkili, cari və növbəti illər üzrə onun iş planının hazırlanması, Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazasının (Portalının) yaradılması, ilkin qəbul edilməsi zəruri olan texniki reqlamentlər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, mövcud normativ hüquqi bazasının təkmilləşdirilməsi ilə bağlı, habelə görüləcək digər işlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.
İclasda, həmçinin təşkilati məsələlərə baxılıb, Komissiya Katibliyinin tərkibi təqdim olunub, Komissiyanın fəaliyyət istiqamətlərinə aid sahələr - “Təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi”, “Texniki reqlamentlərin müəyyən olunması istiqamətində fəaliyyətin əlaqələndirilməsi” və “Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquqi aktların təhlili və təkmilləşdirilməsi” üzrə mütəxəssislərdən ibarət işçi qrupların tərkibi təsdiq olunmuş və digər məsələlər müzakirə edilib
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

