Arutyunyan bilməlidir ki...
09.08.2023 [16:09]
P.İSMAYILOV
Sosial şəbəkələrin bəzi erməni seqmentlərində də adıçəkilən silahlı tör-töküntünün guya fəallaşmaq niyyətində olması ilə bağlı da xəbərlər gözə dəyir. Araik Arutyunyanın son müsahibəsi, bəzi xarici güclərə mesajlar ünvanlaması ortadadır. Təbii ki, bu kimi hallar Azərbaycanın maraqlarına uyğun deyil və yenidən antiterror məsələsini aktuallışdırır. Rəsmi Bakının məsələdəki mövqeyi hər kəsə bəllidir - Qarabağ Azərbaycan torpağıdır və orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Sadəcə, sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsi ilə tanınan hüququndan hələlik istifadə etmir. Bəlli olduğu kimi, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da BMT üzvü olaraq bu hüquqa malikdir. Və ən əsası Azərbaycanın buna həm hərbi gücü, həm də qətiyyəti çatır. Bundan əvvəlki antiterror əməliyyatları da buna misaldır. İndiki dövrdə bu kimi antiterror əməliyyatlarını aktuallaşdıran isə mühüm səbəbələr mövcuddur. Məsələn, Ermənistan ard-arda bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını bəyan etsə də, bunu əməldə göstərmir - Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağdakı oyuncaq “parlament”in yeni “seçilmiş” “sədri”ni - daşnak David İşxanyanı təbrik edib. Erməni mediasının yazdığına görə, telefon zəngi təşəbbüsü Simonyandan gəlib. Demək ki, Ermənistan siyasi spekulyasiya edir - dildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əməldə isə separatizmi dəstəkləyir. Bu isə İrəvanın da qeyri-səmimiliyinin göstəricisi sayıla bilər.
Azərbaycan sabitləşdirici
faktordur
Qeyd edək ki, Ermənistan ilə keçirilən görüşlərin davamlı xarakter daşıması üçün vasitəçi tərəflərin səyləri göz önündədir - hətta moderatorluq edən ölkələr və təşkilatlar bəzi beynəlxalq tədbirlər çərçivəsində belə iki ölkə rəsmilərinin görüşlərini təşkil etməyə çalışır, müəyyən müzakirələrin aparılmasına nail olmaq istəyir. Bütün müzakirələrdə isə bir fakt xüsusi olaraq qırmızı xətlə keçir - 2020-ci ildə baş vemiş Vətən müharibəsində qazanılan qələbə istər regional, istərsə də qlobal miqyasda mühüm nəticələrə yol açıb. 30 ilə yaxın davam edən işğal faktını aradan qaldıran, torpaqlarını azad edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Həm siyasi, həm də hərbi sferadakı üstünlüklərini prosesə uğurla transformasiya edən Azərbaycan bölgədə tənzimləyici rolu üstlənib. Eyni zamanda, regionla bağlı verilən qərarlarda mütləq şəkildə Azərbaycanın milli maraqları nəzərə alınır. Bu fakt vasitəçilər tərəfindən də xüsusi vurğulanır. Bu mənada, Azərbaycan regionda davamlı sülhün təmini istiqamətində öz mövqeyini qəti şəkildə ortaya qoyub - sülh müqaviləsi Azərbaycanın irəli sürdüyü şərtlər əsasında formalaşdırılmalıdır.
Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də bildirib ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh sazişi əlçatandır.”Sülhə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlamışıq”- deyə, o bildirib. Miller xatırladıb ki, ötən həftə Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui Bono bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb.
Biz yeni müharibə istəmirik...
Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və sülhə razılaşmalıdır - Sülh prosesinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda, Azərbaycan yenidən öz hüququndan istifadə etməli olacaq. Azərbaycanın mövqeyi istər Ermənistan üçün, istərsə də vasitəçi tərəflər üçün aydındır. Bu ölkənin mövqe(sizli)yi ona baha başa gələ bilər. Onlar Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

