Dünya atom silahına “Yox” desə də
10.08.2023 [15:19]
Mübariz ABDULLAYEV
Dünya artıq 78 ildir ki, atom silahına “Yox” deyir. 1964-cü ildə Xirosimada hadisə qurbanlarının xatirəsinə “Sülh” məşəli yandırılıb. Məşəlin altında bu sözlər yazılıb: “Bu məşəl dünyada sonuncu nüvə silahı ləğv edilənə qədər yanacaq”.
Bununla belə, dünyada nüvə arsenalı nəinki azalmır, əksinə getdikcə artır. Ötən dövrdə yeni-yeni ölkələr nüvə texnologiyalarını mənimsəyərək təhlükəli atom silahına sahibləniblər və bunu özlərinin milli təhlükəsizlikləri üçün əsas qoruyucu vasitə hesab edirlər. Eyni zamanda, sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda dünya yeni nüvə təhdidi ilə hədələnir. Müharibədə maraqlı olan qüvvələr son variant kimi atom silahının düyməsinin basılacağını istisna etmirlər.
Nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə edilməsi də təhlükə mənbəyinə çevrilib. 1979-cu ildə ABŞ-ın Tri-Meyl-Aylend Atom Elektrik Stansiyasında (AES), 1986-cı ildə Ukraynanın Çernobıl və 2011-ci ildə Yaponiyanın Fukusima AES-lərdə qəzalar baş verdi. Bu qəzalar nəticəsində böyük coğrafiyalarda ekosistemə və genefonda ciddi ziyan dəyib. Aradan on illər ötsə də, hələ də AES-lərdə baş verən qəzaların fəsadları tam şəkildə aradan qaldırılmayıb.
Bu gün nüvə təhdidi, həmçinin bizim regionumuzda da dolaşmaqdadır. Söhbət Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin yenidən uzadılmasına nail olmaq cəhdlərindən gedir. 1976-cı ildə istismara verilən bu stansiyanın istismar müddəti 30 il nəzərdə tutulmuşdu. Aradan 47 il ötür. AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il - 2026-cı ilədək artırılması qərara alınıb. Artırılmış müddətin sonu yaxınlaşdıqca, AES-in gələcək taleyi ilə bağlı müzakirələr də intensivləşir. Ermənistanın özündə də qəbul olunur ki, Metsamor artıq ömrünü başa vurub və köhnə texnologiyalar əsasında qurulan bu stansiyanın istismarı çox təhlükəlidir. Bundan əvvəl Ermənistanda Metsamorun əvəzinə yeni AES-in inşası barədə danışılırdı. Ancaq buna lazım olan vəsait Ermənistanda yoxdur. Yeni AES-in tikintisinə xarici investorlar tapmaq da müşkülə çevrilib. Rusiyanın Ermənistanda Metsamoru əvəzləyəcək AES-in inşa edəcəyinə bəslənilən ümidlər də suya düşərək əriyib. Rusiya-Ukrayna müharibəsi şimal qonşumuzun planlarında korrektələr edib. İndi Ermənistan üçün yeni atom elektrik stansiyasının tikintisi bu ölkənin prioritetləri ilə bir araya sığmır. Bu kimi amilləri nəzərə alan Ermənistan rəhbərliyi çıxış yolunu Metsamorun istismar müddətini uzatmaqda görür. Xatırladaq ki, bu ölkədə istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür. Ermənistanın bəhs olunan planının reallaşdırılmasına qonşu dövlətlər, beynəlxalq birlik tərəfindən imkan veriləcəyi təqdirdə Cənubi Qafqazın və daha geniş coğrafiyanın başı üstünü amansız ölüm kabusunun alacağı tam realdır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19

