Dövrümüzün əsas tələblərindən biri...
16.08.2023 [11:49]
Yeganə
"Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin verdiyi üstünlüklərdən faydalanırlar. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Dünya təcrübəsi göstərir ki, İKT dən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir. Məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması üçün tutarlı vasitələrdəndir”.
Bu firikləri “Yeni Azərbaycan”a “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin icraçı direktoru Fərid Kazımov bildirib.
F.Kazımov qeyd edib ki, son illər Azərbaycanda İKT-dən istifadə sahəsində müəyyən addımlar atılıb: “Bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Pandemiya ilə mübarizədə bizim köməyimizə gələn vasitələr sırasında yenə də İKT ilk yerlərdən birində qərarlaşır. Təsəvvür edin ki, sosial məsafənin qorunması tələb olunduğu bir şəraitdə ölkənin internet imkanları zəif olsaydı, yaxud heç olmasaydı, nə baş verərdi? Həyat iflic olardı. Hətta burada bir müsbət məqamı da demək istəyirəm ki, pandemiya insanları İKT biliklərini və vərdişlərini artırmağa sövq etdi. Beləliklə, insanlar innovasiyaya daha da yaxınlaşdılar”.
Ekspertin qənaətincə, informasiya texnologiyaları tək özü inkişaf etmir, yalnız insanlara kömək olmur, eyni zamanda, digər sferalara da təsir edir: “İnformasiyanın əldə olunması, informasiya azadlığı, məlumatların maneəsiz olaraq yayılması imkanları ölkəmizdə yüksək səviyyədə təmin olunur. Müvafiq hüquq və azadlıqlara konstitutsion dəyər kimi hörmət edilir. Ölkədə informasiya, internet azadlığının təmin olunması ilə bağlı çox mühüm işlər həyata keçirilir. Bu gün Azərbaycan vətəndaşları belə imkanlara malik olduqları üçün məmnundurlar. Son zamanlar kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ilə bağlı yeni ixtisaslar açılıb. Çoxlu sayda gənclər bu istiqamətlərdə ali məktəblərə qəbul olunur, həmin peşələrə yiyələnirlər. Əmək bazarının özündə də bu kadrlara çox böyük ehtiyac var. Bu gün Azərbaycanda ən çox tələb olunan ixtisaslar proqramçılar, kompüter mühəndisləri, informasiya təhlükəsizliyi mütəxəssisləridir.
Ona görə də Azərbaycan təhsili, elmi bu reallıqları məsuliyyətlə anlayır və bütün fəaliyyətini dünyanın bu çağırışlarına, cənab Prezidentin qərarlarının icrasına yönəldir. Sevindirici haldır ki, Azərbaycan bu sahədə dünyada yüksək qiymətləndirilən ölkələrdən biridir. Ölkəmizdə dünyanın qabaqcıl texnologiyalarının transferi, bu sahədə fəaliyyət göstərən nəhəng transmilli şirkətlərin maraqlarının təmin olunması ilə bağlı mərkəz formalaşıb. Həmin mərkəzin yaradılmasında məqsəd ondan ibarətdir ki, Azərbaycanda süni intellekt texnologiyaları tətbiq olunmaqla dövlət orqanlarının fəaliyyətində keyfiyyət və məhsuldarlıq artırılsın”.
F.Kazımov vurğulayıb ki, bu gün İKT sahəsində əsas məqsəd beynəlxalq standartlara cavab verəcək inkişafa nail olmaqdır: “Bu, özündə İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsini ehtiva edir”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

