Separatçıların bəhanələrinə yer yoxdur
17.08.2023 [12:27]
Mübariz FEYİZLİ
Qarabağa yüklər daha sürətli və səmərəli şəkildə hansı yolla çatdırıla bilər? Sualın cavabı olaraq bildirək ki, vaxtilə Ağdamdan keçən kommunikasiya xətləri - avtomobil yolu və dəmir yolu Xankəndi, Şuşa, Laçın sakinlərinin bütün ehtiyaclarını təmin edirdi. Bakıdan Xankəndiyə, Şuşaya, Laçına gedən ən qısa yol məhz Ağdamdan keçirdi. Bakı-Yevlax-Ağdam-Xankəndi-Şuşa-Laçın avtomobil yolu ilə sərbəst hərəkət daha əlverişli idi. Bu yol hazırda Xankəndi?ə humanitar yüklərin daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yarada bilər.
Qeyd edək ki, ötən əsrin səksəninci illərində Bakı şəhərindən Xankəndi və Şuşa şəhərlərinə getmək üçün respublika əhəmiyyətli R-28 Yevlax-Xocalı-Laçın avtomobil yolundan Ağdam şəhərinin mərkəzindən keçməklə istifadə olunurdu. Həmin illərdə Ağdam-Bərdə avtomobil yolunun 40-cı kilometrindən ayrılmaqla, Ağdam şəhərinin mərkəzinə daxil olmadan Əsgəran rayonunun inzibati ərazisinədək 17,5 kilometr uzunluğunda yerli əhəmiyyətli 2 hərəkət zolaqlı Ağdam dairəvi yolu çəkilmiş və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalınadək Qarabağın bütün əhalisi, eləcə də Laçın rayonunun əhalisi daimi olaraq bu yoldan istifadə edib.
Məlumat üçün xatırladaq ki, Ağdam şəhərindən Əsgəran rayonuna kimi məsafə 6 kilometr, Xankəndi şəhərinə 23 kilometr və Xankəndidən Şuşa şəhərinə qədər 11 kilometrdir. Bakı şəhərindən Ağdam şəhərinə kimi olan məsafə 360 kilometr, Xankəndi şəhərinə 383 kilometr, Şuşa şəhərinə 394 kilometr və Laçın şəhərinə qədər 435 kilometr təşkil edir.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası layihəsinə uyğun olaraq Bərdə-Ağdam, uzunluğu 44,5 kilometr və Ağdam-Füzuli, uzunluğu 65,7 kilometr olan birinci texniki dərəcəli, 4 hərəkət zolaqlı avtomobil yollarının tikintisi sürətlə davam edir. Hər iki avtomobil yolu sutka ərzində 17 min avtomobili buraxmaq qabiliyyətinə malikdir.
Münaqişədən əvvəl Bakı-Yevlax-Ağdam-Xankəndi-Şuşa-Laçın avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayırdı. İşğal dövründə dəmir yolu xətti sıradan çıxsa da, avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Bu səbəbdən, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur.
Bu gün Azərbaycanın iqtisadi potensialı da Qarabağdakı erməni sakinlərimizin sosial məsələlərinin həllinə imkan verir. Bu bölgə Azərbaycanın ərazisi olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir. Hazırda Qarabağ iqtisadi rayonu və ona yaxın ərazilərdə üç hava limanı - Gəncə, Yevlax, Füzuli hava limanları fəaliyyət göstərir. Bu da regionun nəqliyyat-logistika layihələrinin habına çevrilməsinə əsas yaradır. Belə ki, hava limanlarından Bərdə şəhərinə məsafə yaxın olduğundan yüklərin oradan Bərdə-Ağdam avtomobil, Bərdə-Ağdam dəmir yolu vasitəsilə daşınması vaxt itkisinin qarşısını almış olar. Bu baxımdan, Ağdam-Xankəndi yolu böyük əhəmiyyət kəsb edir.
Onu da vurğulayaq ki, Azərbaycan tərəfi erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadəyə icazə verib. Dövlətimiz Qarabağda yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır. Ona görə də, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

