Yeni səhifə açılır
17.08.2023 [12:13]
Günel ABBASOVA
“Böyük Qayıdış”a dair I Dövlət Proqramının işğaldan azad edilmiş ərazilərdə bu vaxta qədər aparılan abadlıq-quruculuq işlərinin daha geniş şəkildə davam etdirilməsi, bunun da məntiqi nəticəsi olaraq, strateji hədəflərə çatmaq baxımından ən mükəmməl bir yol xəritəsi olduğu bəllidir. Nəzərə alsaq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu günə qədər ölkəmizdə həyata keçirilən bütün Dövlət Proqramları uğurla icra olunub və yüksək nəticələri də göz önündədir, deməli, “Böyük Qayıdış” proqramının da müvəffəqiyyətlə icra olunacağı və başa çatdırılacağı kimsədə şübhə doğurmur. Onu da nəzərə almaq lazımdır ki, bu Dövlət Proqramı daha müvaffəqiyyətlə icra olunacaq, çünki həmin proqram məhz ölkə rəhbərinin, Ali Baş Komandan cənab İlham Əliyevin ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi olaraq qəbul olunur. Deməli, bu Dövlət Proqramı hədəfə istiqamətlənmiş, hədəfə doğru olan addım sayılır. Əlbəttə ki, Dövlər Proqramı hazırlanarkən bir çox məqamlar, ələlxüsus qabaqcıl beynəlxalq təcrübə, dünya iqtisadiyyatının müasir çağırışları, beynəlxalq qurumlar tərəfindən irəli sürülən qlobal inkişaf prioritetləri, inkişaf etmiş ölkələrdə olan inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, infrastruktur, vətəndaş iştirakçılığı kimi amillər də nəzərdən qaçmayıb.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə-65 nəfər köçürülüb.
Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Doğma yurduna qayıdan Laçın sakini İradə Həsənova öz təəssüratlarını bölüşərək deyib ki, bu gün Laçın həsrətimiz otuz ildən sonra bitir. Uzun zaman keçsə də, hazırda həmin günlər geridə qaldı. Bundan sonra qarşımızda yeni səhifə açılır.
Xəbər lenti
Hamısına baxDünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22

