Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əli Kərimlinin rəngsiz “demokratiyası”

Əli Kərimlinin rəngsiz “demokratiyası”

23.08.2023 [10:11]

AXCP sədrinin yalanları və “unutqanlığı”...

Müxalifət düşərgəsi artıq uzun müddətdir ki, siyasi palitranın ən passiv kəsiminə çevrilib. Xalq tərəfindən dəstəklənməyən, xarici ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən düşərgənin bəzi təmsilçiləri hazırda yalnız sosial şəbəkələrdə, eləcə də özlərini “siyasi mühacirlər” adlandıran xəyanətkar şəbəkənin nəzarətindəki internet resurslarında gözə dəyməklə varlıqlarını sürdürürlər. Sosial şəbəkələrdə şər-böhtan, yalan yaymaqla məşğul olan, ermənipərəst mərkəzlərin direktivləri əsasında ölkəmizə qarşı həyata keçirilməsinə çalışılan antimilli kampaniyaların önündə yer alan bu azsaylı kəsim bir daha öz kimliklərini və simalarını cəmiyyətə nümayiş etdirirlər.

Danışdığı yalanlar belə dəyişmir...

Qeyd edildiyi kimi, yalnız sosial şəbəkələrdəki taftologiyaları ilə “yadda  qalan” düşərgə partiyaları və onların rəhbərləri şəxsi mənafeyə söykənən, əsası olmayan  iddialarını “demokratiya göstəricisi” kimi xalqa sırımaqdan, cəmiyyətə yersiz, mənasız mesajlar ünvanlamaqdan çəkinmirlər, yorulmurlar. Belə “siyasi qüvvələrin” sırasında isə AXCP və qondarma “milli şura” xüsusilə seçilir.

Öz “siyasi fəaliyyəti”ni xarici pul mənbələrindən vəsait əldə etməyə həsr edən Ə.Kərimli rəhbərlik etdiyi AXCP-ni sadəcə, “siyasi sığıcanaq” alveri, biznes məqsədi üçün “işlətməkdədir”. Özünü cəmiyyətə “demokrat” cildində təqdim etməyə çalışan Əli Kərimli illərdir eyni yalanları üfürməkdən yorulmur - ötən dövrdə onun təfəkküründə, danışdıqları yalanların motivlərində, eləcə də leksikonlarında dəyişiklik baş verməyib. İllərdir ki, anti-azərbaycançı mərkəzlərin əlində oyuncağa çevrilən, Azərbaycana qarşı hazırlanan planlarda ön sıralarda səf tutan, öz korporativ maraqlarına görə dövlət və xalq mənafeyinə qarşı dayanmağı özünə peşə seçən AXCP sədri  bu gün də sosial şəbəkələrdə öz köhnə “havasını” çalmaqdadır.

Kərimlinin boş qalan əli...

Əli Kərimlinin nağıllarının motivi belə dəyişmir. Məsələn, o iddia edirdi ki, dünyadakı bəzi proseslər müxalifətə “yaxşı təsirlər” göstərəcək, hakimiyyəti isə “zəiflədəcək”. Üzü “ərəb baharı”ndan, “rəngli inqilab” dəbli günlərdən ta ki qlobal maliyyə böhranına, neftin qiymətinin düşməsinə qədər bütün hadisələrdə “tutacaq” axtaran Kərimlinin əli boşa çıxdı. Gözləntiləri yerinə yetmədi. Tam əksinə, Azərbaycan dünyanın əksər dövlətləri üçün çətin sayılan bu dönəmlərdən ən minimal itkilərlə çıxdı. Olan isə yenə Əli Kərimliyə, onun xəyanətkar şəbəkəsinə və ermənipərəst havadarlarına oldu. Bir zamanlar Qarabağ kartı üzərindən öz aləmində “hakimiyyətə təzyiq” imkanlarına malik olduğunu hesab edən Kərimli düşünmədən milli problemdən siyasi dividendlər üçün istifadə etməyə qədər enmişdi. Onun üçün Azərbaycanın milli problemi və ya ümummilli düşmən anlayışı yox idi və yoxdur da - şəxsi maraqları və şəxsi mənafeyi məsələsi var. Bu gün də eyni düşüncə tərzinin şadidi oluruq.

Putinə məktub...

Əli Kərimli artıq “cidanı çuvalda gizlədə bilmir” - öz yalanlarının əsirinə çevrilən bu şəxsin boş iddiaları ifşa olunur. “Siyasi Partiyalar” haqqında yeni qanunun müvafiq müddəalarına görə tələb olunan üzv sayını ortaya qoya bilmir. Bunu kompensasiya etmək üçün isə min bir yola əl atır. Hətta ölkəni “qeyri-demokratik”likdə günahlandırır. Bu adam özünü gülüş obyektinə çevirəcək bütün yollara əl atır - hətta iddia edir ki, Azərbaycan hakimiyyəti “Putinə güvənir” və Putin “devrildikdən” sonra müxalifətin üstünə “gün doğacaq”.

Yenə də nonseslə qarşı-qarşıyayıq - 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinə “milli şura” adından məktub göndərən Əli Kərimli deyildimi? Bu gün Rusiya Prezidentinin ünvanına “diktator”, “hüquq və azadlıqları boğan” kimi ifadələr səsləndirən Əli Kərimli və “xoru” 2013-cü ildə yazdıqları məktubda Vladimir Putini “demokratik və hüquqi dövlət qurucusu” adlandırırdılar? Məktubda Rusiya dövlət başçısına xitabən “müxalif qüvvələrin hüquqi və demokratik dövlət qurmaq ümidləri” ifadəsindən istifadə edilirdi. Hətta məktubun sonunda “Biz əminik ki, dövlət başçısı kimi bu hisslər cənab Putin, Sizə yaxındır və biz istəyirik ki, onlar Rusiyada olduğu kimi Azərbaycanda da reallığa çevrilsin”, - deyə qeyd olunmuşdu.

Demək ki, onlar üçün gündə bir cildə girib özünü “demokrat” kimi qələmə vermək bu qədər asandır. Axı, Ə.Kərimli unutqanlıq xəstəliyindən əziyyət çəksə də, fakt faktlığında qalır. Onun nə qədər “buqələmun demokrat” olması ortadadır...

SADİQ

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30