Lirənin manata təsir imkanları
30.08.2023 [13:15]
Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Türkiyə Cümhuriyyətinin Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 7,50 faiz bəndi artıraraq 25 faizə qaldırıb. Türkiyə Mərkəzi Bankının bəhs etdiyimiz qərarından sonra lirə-dollar nisbətində birincinin xeyrinə artım müşahidə edilir. Bəs yaxın və uzaq perspektivdə lirənin bahalaşması davamlı prosesə çevriləcəkmi? Ekspertlər qardaş ölkə üçün çox aktual olan bu suala müsbət cavab verməyə tələsmirlər və müəyyən tərəddüdlərini dilə gətirirlər.
Bu xüsusda “Yeni Azərbaycan”a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib: “Lirə hazırda sürətlə bahalaşsa da, bunun davamlı olacağını düşünmürəm. Səbəb aydındır - Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 7,5 faiz bəndi artıraraq 17,5 faizdən 25 faizə qaldırması lirəyə psixoloji təzyiqi azaldıb və qardaş ölkənin milli valyutası dəyər qazanıb. Uçot dərəcəsinin birdən-birə 7.5 faiz bəndi artımı qarşısında bunu normal qarşılamaq lazımdır.
Amma qarşıdakı uzun müddət ərzində lirənin bu templə bahalaşmasının davamlı olacağını gözləmirəm. Psixoloji effektlər neytrallaşdıqdan sonra nisbətən dinamika azalacaq. Lirənin möhkəmlənərək əvvəlki vəziyyətinə dönməsi üçün hələ uzun müddət lazım olacaq”.
Qardaş ölkənin milli valyutasında müşahidə edilən volatillik Azərbaycanda da diqqətlə izlənilir ki, bu da təsadüfi deyil. Azərbaycan Türkiyəyə böyük həcmlərdə investisiyalar yönəldib. Eyni zamanda, Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.
Bütün bu amilləri nəzərə aldıqda lirənin bahalaşması və yaxud ucuzlaşmasının manata təsirsiz ötüşməyəcəyi ehtimallarını irəli sürmək mümkündür. Belə təsirlər gözləniləndir. Ancaq indiki məqamda bu təsirlərin böyük olacağı fikrinə yer yoxdur. Respublikamızda manatın kursunun müəyyənləşməsinə təsir göstərən əsas iqtisadi faktorlar - ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Hələlik hərraclara kifayət qədər valyuta çıxarılır və tələb qarşılanır. O amili də nəzərə almaq lazımdır ki, respublikamız tam “üzən məzənnə” rejiminə keçid etməyib. Milli valyutamızın kursu Azərbaycan Mərkəzi Bankının nəzarəti altında tənzimlənir. Buna görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa AMB-nın mövqeyindən asılıdır.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

