Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda COVID-in yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib

Azərbaycanda COVID-in yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib

18.09.2023 [14:52]

Hazırda Azərbaycanda COVID-in yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib. Artıq bir neçə aydır ki, COVID-in “omikron” ştamının alt variantı olan EG.5 və ya digər adı ilə “Eris” dünyada sürətlə yayılır. Xüsusilə, ABŞ, Çin, İngiltərə və Avropanın bir sıra ölkələrində virus səbəbindən xəstələrin sayında ciddi artım müşahidə olunur.

Bunu AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. Dünyada bundan öncə də COVID-19-un müxtəlif variantlarının müşahidə edildiyini vurğulayan mütəxəssis deyib: “Bilmək lazımdır ki, yeni yaranan ştamlar heç zaman öz sələfindən daha ağır olmur. Sadəcə EG.5-in digər ştamlardan əsas fərqi yoluxuculuq qabiliyyətinin daha yüksək olmasıdır. Bu isə kütləvi yoluxmalara və xəstəlik hallarının artmasına səbəb ola bilər. Əgər ölkəmizdə EG.5 virusu qeydə alınsa, COVID-19-un yoluxma hallarında artım olacaq. Lakin cəmiyyətin böyük əksəriyyəti bu xəstəliyi keçirdib və sağalıblar. Eyni zamanda, Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə göstəriciləri qənaətbəxş səviyyədədir. Ölkəmizdə hər zaman vaksinlərlə bağlı beynəlxalq tibbi qurumların tövsiyələri nəzərə alınır. Ancaq Ümumdünya Səhiyyə Təşkilatının bu ştama qarşı xüsusi tövsiyələri açıqlanmayıb. Hər zaman olduğu kimi COVID-19-un bütün mutasiyalarına qarşı həssas əhali risk qrupuna daxildir. Xroniki problemlərdən əziyyət çəkənlər, yanaşı xəstəlikləri olan şəxslər, COVID-19-a qarşı peyvəndlənməyən insanlar xüsusilə diqqət etməlidir. Onlara ictimai yerlərdə tibbi maskadan istifadə etmələri, dezinfeksiyaya fikir vermələri məsləhət görülür. Bu insanlar üçün müəyyən qədər təhlükə hər zaman mövcuddur.

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30