XİN başçısı ATƏT-in sədrinə bölgədəki son vəziyyət barədə məlumat verib
20.09.2023 [00:51]
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində Şimali Makedoniya Respublikasının xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə tərəflər Azərbaycan-Şimali Makedoniya arasında əlaqələr, Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi, habelə bölgədəki son vəziyyət müzakirə olunub.
Görüşdə nazir Ceyhun Bayramov ölkəmizin keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, habelə münaqişədən sonra bərpa, yenidənqurma və reinteqrasiya məsələləri, mühüm prioritet olan sülh müqaviləsinin imzalanması, bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində ardıcıl səylərini xatırladıb.
Ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin və qondarma rejimin son təxribatlarının normallaşma prosesinə xələl gətirdiyi, gərginliyin azaldılmasına yönəlmiş bütün təkliflərin rədd edildiyi, bu ölkənin sülh prosesində maraqlı olmadığı diqqətə çatdırılıb.
Azərbaycan hərbiçilərinin və mülki şəxslərinin həlak olması ilə nəticələnən terror aktına və hərbi təxribatlara cavab olaraq qanunsuz Erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən antiterror tədbirlərinin əsas məqsədinin bölgədə sülh və sabitliyin bərqərar olması, qanunsuz qüvvələrin tərksilah edilməsi və qondarma rejimin buraxılması olduğu diqqətə çatdırılıb. Azərbaycanın yalnız hərbi hədəfləri məhv etdiyi, mülki şəxsləri hədəf almadığı bildirilib.
Bölgədə guya "blokada" və "bölgədə gərgin humanitar böhran" kimi iddialara gəldikdə isə, nazir Ceyhun Bayramov bu iddiaların heç bir əsasının olmadığını, Ermənistanın qəsdən vəziyyəti "humanitar" xarakterli məsələ kimi təqdim etdiyini, qondarma humanitar böhran yaratmaq məqsədi daşıyan bu addımın əslində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir siyasi manipulyasiya olduğunu, sıravi sakinlərin isə bu siyasi avantüranın girovu kimi saxlanıldığını vurğulayıb.
Bu xüsusda, 18 sentyabr tarixində BQXK-nın iki avtomobilinin biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidinin təşkilinin ölkəmizə qarşı “blokada” ittihamlarının heç bir əsasının olmadığını nümayiş etdirdiyini qeyd edib.
Nazir Ceyhun Bayramov Ermənistan Baş nazirinin 2 sentyabr tarixində qondarma rejimi təbrik etməsi daxil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların sülh prosesinə xələl gətirdiyini vurğulayıb.
Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlik üzrə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

