Tərəvəzlər bahalaşır...
26.09.2023 [11:40]
Payız mövsümü “öz sözünü” deyir...
Yeganə BAYRAMOVA
Payızın gəlməsi, yağışlı günlərin başlaması ilə piştaxtalardakı bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə tərəvəzlərin qiymətində artımlar müşahidə edilməkdədir. Belə ki, bazarlarda pomidor, xiyar və bu kimi əsasən, yay məhsulu sayılan tərəvəzlərin qiyməti bir neçə dəfə dəyişib. Qiymətlərin birdən və kəskin bahalaşmasının səbəbi kimi isə son zamanlar havaların yağmurlu keçməsi göstərilir - yağışdan sonra sahələrdə pomidor məhsulu kəskin azalıb.
20 gün qabaq...
Satıcılar tərəvəzlərin hazırkı qiymətlərinin hətta qış mövsümündə təklif olunan qiymətlərdən baha olduğunu deyir. Cəmisi 20 gün qabaq pomidorun qiyməti 3 manat, xiyarın qiyməti isə 50-70 qəpik arasında dəyişirdisə, artıq bəzi bazarlarda pomidor 5-6 manata, xiyar isə 2-3 manata təklif olunur. Bir sözlə, cəmisi 20 günə qiymətlərdəki dəyişiklik hiss olunur. Alıcılar da təsdiqləyir ki, cəmi 20 gün bundan əvvəl pomidoru daha ucuz qiymətə alıblar.
Məhsul satışı ilə məşğul olanlar isə hesab edirlər ki, istixanada yetişdirilən pomidorlar satışa çıxarılandan sonra qiymətlərdə tənzimləmə baş verəcək. Belə ki, onlar mövsümlə əlaqədar bağlarda pomidorların qurtardığını, davamlı yağan yağışın isə hazır məhsulları zay etdiyini vurğulayırlar. O da məlum olub ki, pomidorun qiymətindəki artım alıcıların sayına da mənfi təsir göstərib.
Məhsuldarlıq artırılmalı, istixalar çoxalmalıdır...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, artıq açıq sahədə becərilən tərəvəz bitkilərinin, məsələn, pomidorun, badımcanın, bibərin və s. tərəvəzlərin sonlanması prosesi gedir: “Məsələn, 2 ay bundan bazarda pomidorun kiloqramı 30 qəpik, 40 qəpik, 60 qəpik idi. Amma bu gün qiymətlər daha fərqlidir. Bu da başadüşüləndir. Payız-qış mövsümündə bitkilər vegetasiya müddətini başa vurduğundan istər-istəməz əksər rayonlarda sahə tərəvəzləri yetişmir. Son zamanlar davamlı yağıntıların baş verməsi. Hətta bəzi regionlara qar yağması isə tərəvəzlərin, o cümlədən meyvələrin müəyyən hissəsini sıradan çıxarıb. Yəni qiymətlərin birdən-birə dəyişməsində təbii hallar da var . Düşünürəm ki, bazarlarda kənd təsərrüfatı məhsullarının qiymət artımının qarşısının alınması üçün ən vacib çıxış yolu məhsuladarlığın daha da artırılması, istixanaların daha da çoxaldılmasıdır”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

