Osman Mirzəyevin böyük kədəri - Sevinc Osmanqızı
28.09.2023 [10:44]
Erməni dəyirmanının köhnə-yeni “suyu” bu dəfə “etnik təmizləmə” təbliğatı aparır
Azərbaycan Qarabağ regionunda həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçı xunta rejimini aradan qaldırdı. Nəticədə dövlət suverenliyimiz tam şəkildə təmin edilmiş oldu. Antiterror tədbirlərindən ötən 8 günə yaxın müddətdə isə baş verənlər beynəlxalq aləmin diqqət mərkəzindədir. Azərbaycan əvvəlcədən bəyan etdiyi kimi, Qarabağda yaşayan erməni sakinlərinin reinteqrasiyası ilə bağlı mühüm tədbirlər görür, erməni sakinlərlə təmaslar həyata keçirilir. Eyni zamanda, Azərbaycan dövləti bəyan edib ki, Qarabağda qalıb yaşamaq istəyən hər bir erməni sakinə vətəndaşlıq hüququ verməyə hazırdır. Təbii ki, kiminsə köçüb getməsinə də mane olmaq olmaz - bu, onların öz seçimidir. Azərbaycan dövləti Qarabağdan Ermənistana getmək istəyən ermənilər üçün bütün rahatlığı və təhlükəsizliyi təmin edib. Hətta yolda avtomobili ilə bağlı problem yaşayan insanlara kömək göstərilir, ərzaq və su paylanılır. Bu isə Azərbaycanın ortaya qoyduğu humanizmin bariz sübutudur.
Azərbaycanın bu humanist davranışı isə təbii olaraq Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpa olunmasını istəməyən qüvvələr tərəfindən manipulyasiya edilir. Məsələn, Fransa kimi, digər ermənipərəst mərkəzlər kimi yalnız şər-böhtan axtarışında olanlar öz xoşu və qərarı ilə (bu fakt videoçəkilişlərdə açıq şəkildə ifadə olunur) Qarabağdan Ermənistana gedənlər üzərindən uğursuz siyasi spekulyasiyalara əl atmağa çalışırlar.
Maraqlıdır ki, erməni dəyirmanının suyu olmağa öyrəşmiş Sevinc Osmanqızı da bu azsaylı “manipulyativ xora” qoşulmağa niyyətlənib. Aldığı direktivlərə əsasən Osmanqızı ermənilərin guya “etnik təmizləməyə” məruz qalmasını təbliğ etməyə çalışır. Uğursuz “alim”, özünü hər yerdə “millətpərəst”, “vətənpərvər” kimi qələmə verən, həqiqətdə isə erməni oyunlarının hoqqabazı olmadan uzağa gedə bilməyən Cəmil Həsənli isə ona bu işdə “züy tutur”.
Osmanqızı Həsənliyə xitabən müqəddiməsində ermənilərin öz xoşu ilə köçünü əks etdirən şəklin sosial şəbəkələrdə “etnik təmizləmə” kimi “populyarlaşdığını” bildirir və “siz bu köçdə etnik təmizləmə görürsünüzmü” kimi ritorik sualla “antimilli şura”çını sanki təlimatlandırır və yönləndirir. Ermənidən betər erməni olmaq uğrunda gedən “mübarizədə” Sevinci qabaqlamağa çalışan Həsənli isə ermənilərin Qarabağı öz xoşu ilə tərk etməsini gah “deportasiya”, gah da “köçürmə” adlandırır. Fakt ortadadır-bu insanlar yeni antimilli alətə çevriliblər. Öz xoşu ilə ərazini tərk etməyi “deportasiya” adlandıran “alim” elm üçün böyük həqarətdir. Digər tərəfdən, niyə C.Həsənli və ya Osmanqızı vaxtilə azərbaycanlıların öz dədə-baba yurdlarından ayaqyalın, başıaçıq qovulmasını, zorla, qətlə yetirilmək qorxusu ilə ac, susuz şəkildə qaçqın düşməsindən, təcavüzə uğramasından və nəhayət öz doğma yurd-yuvasında, anadan oluub böyüdüyü torpaqda yaşamaq hüququnun zorla əlindən alınmasından niyə danışmır? Amma C.Həsənli Qarabağda doğulub böyüyən ermənilərin Ermənistana keçmək arzusundan “heyfslənir”...
Bu kimi simasızlıqla Azərbaycanın apardığı humanist siyasətə ləkə yaxmağa çalışmaları sevinclərin, cəmillərin və onların timsalında onlar kimi alətə çevrilmişlərin azərbaycanlı adlandırılmağa layiq olmadığını ortaya qoyur. Fransız məkrinin (Makronunun) ayaqaltısı olmaq üçün növbəyə düzülən sevinclər və cəmillər bu kimi nüanslarla özlərini ifşa edirlər. Belə xəyanət isə bağışlanmazdır...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10

