Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyevin bəşər tarixinə töhfəsi

Prezident İlham Əliyevin bəşər tarixinə töhfəsi

28.09.2023 [11:27]

Zəngəzur dəhlizinin üfüqləri görünür

Biz 90-cı illərin əzablarından, ağrılarından keçmiş nəsilik. Uşaqlıq çağımızın tək günləri qətl, cüt günləri dəfn günlərinə təsadüf edib. Ön cəbhədə od-alov, müharibə, qan-qada, arxa cəbhədə siyasi didişmə, kreslo davası, hakimiyyət üçün xalqı güdaza verən cəbhələr, hərc-mərclik, sosial böhran, özbaşınalıq və s. Şükür ki, bunların hamısı artıq arxada qalıb. Güclü nizamlanmış orduya sahibik, ölkədə sabitlikdir, övladlarımız qorxusuz-hürküsüz şəhərdə dolaşa bilir.

Otuz il torpaqlarımız işğal altında qaldı, amma bir müstəsnalıq öz gücünü əbədi qorudu. Bu otuz ildə Qarabağ Azərbaycan üçün yalnız milli ərazinin deyil, həmçinin mənəvi heysiyyət və ləyaqətin adı oldu, şərəfli və suveren Vətən anlayışının tərkib hissəsinə çevrildi. 2020-ci ilin 44 günlük savaşında da bizə zəfəri qazandıran başlıca amil bu hissə tapınmağımız oldu. Düşmən isə öz əzəli-əbədi xislətinə sadiqliyi ilə təəccübləndirmədi. Həsəd doğurmayan keyfiyyətlərdir! İrtica, zor, şər stixiyası, xaosdan qidalanmaq, göz yaşına, qana susamaq, hər dəfə çarxı fırladıb zülmün və vəhşətin başlandığı nöqtənin tam üstündə saxlamaq! Tək 44 günlük müharibədə və ondan sonrakı zaman müddətində düşmənin sərgilədiyi fəci mənzərənin çeşidinə diqqət edək: müharibə aparılan ərazidən kilometrlərlə uzaq sivil şəhərlərimiz (Gəncə, Bərdə, Mingəçevir) raketlərlə bombalandı. Hətta kapitulyasiya aktı imzalandıqdan sonra belə ermənilər “10 Noyabr Bəyannaməsi”nə əməl etməyərək minalanmış ərazilərin xəritəsini vermədi. İşğaldan azad olunmuş ərazilərdə hələ də mina təhlükəsinin qalması, sərhəd ərazilərdə erməni terrorçularının yerləşdirilməsi, müharibədən sonra da atışmaların davam etməsi, siyasi heyətin sülh çağırışlarının cavabsız qalması düşmənin öz tarixi xislətinə sadiq qalmasının, sabit mövqeyindən çəkinməməyinin göstəricisi idi.

Ali Baş Komandan İlham Əliyevin üzərinə çox ağır missiya düşüb. Bir tərəfdən ölkənin rifahını və sabitliyini pozmaq istəyən siyasi cəbhələr, antimilli maraqlara xidmət edən ünsürlər, digər tərəfdən, yalnız erməni siyasilərinin, əsgərlərini deyil, erməni vətəndaşlarının, sivillərinin belə qana, müharibəyə susayan, Birinci Qarabağ müharibəsində və ondan sonrakı otuz il müddətində “Bakıya qədər gələcəyik!”, “Axırıncı türkü də öldürəcəyik!” şüarlarını səsləndirməkdən usanmayan kor kütlə...

İlham Əliyev hər zaman sülhün tərəfində olduğunu bəyan edib. Çıxışları hər zaman, sülhə, barışığa dəvət çağırışları ilə zəngindir. Amma sülh qarşı tərəf sakitləşəndə, atəşkəsə əməl etdikdə başlayır. Ermənilərin təxribatı davam edirsə, hansı sülhdən söhbət gedə bilər? Son antiterror əməliyyatları da bunu sübut etdi. Ermənistan üçtərəfli Bəyanatın şərtlərini pozursa, yenidən təcavüzə meyllənirsə, mülki əhalini hədəf alırsa, Azərbaycanın Ermənistanı islah etməsi üçün hərbi gücdən istifadə etməsi qaçılmazdır. Doğrudur, şəhidlər veririk, anaların gözü yaşlıdır, kiçik yaşlı uşaqlar atalarının torpağa verilməsinə şahidlik edirlər. Amma başqa yol yoxdur. Milli namusun keşiyində millət özü durmalıdır! Hərbi etikası olmayan, sazişlərə əməl etməyən bir düşmənin varsa, əlbəttə, onun başına dəmir yumruq endirməkdən başqa çarə qalmır. Söhbət ərazi bütövlüyündən gedirsə güzəştə yer olmamalıdır. Hikmət Hacıyevin CNN-ə müsahibəsində bildirdiyi kimi: “Hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququ var”.

Bu gün İlham Əliyevin qətiyyəti, əzmi bütün dünya üçün örnəkdir. Hərçənd, dünya belə qətiyyətli, güclü lider obrazını, xüsusilə prinsipial, beynəlxalq dəngələri qoruyan idarəedicini o qədər də asan qəbullana, həzm edə bilmir. Amma olsun, onsuz da başqa yolları yoxdur. İlham Əliyev bu gün min cür mürəkkəb, xaotik, gizlin, məkrli siyasi oyunların çevrəsində dövlət qurur. Son  hadisə ilə isə yalnız son otuz ilin yox, iki yüz illik bir dövrün yaraları bütövlənir. Parçalanan, talan olan Azərbaycan hələ ümummilli lider Heydər Əliyevin  zamanında kor Edip kimi ayağa durub qalxmağa özündə qətiyyət tapmışdı. İlham Əliyev isə Azərbaycanı ona tarixən dəymiş bütün zərbələrin altından zədəsiz çıxarmağı bacardı. Gələcəyə bütöv Azərbaycan ərməğan etmək üçün.

Müdaxilə ilə bağlı maraqlı bir detala diqqət çəkmək istəyirəm. Azərbaycan Prezidenti dəfələrlə qeyd etdi ki, “Qarabağın Azərbaycanın torpağı olduğunu Paşinyan özü etiraf edib”. Yəni üçüncü digər tərəfin məsələyə qarışması doğru olmaz. Və bu fikirlərlə üçüncü digər ölkənin məsələyə aktiv müdxiləsini minimuma endirməyi bacardı.

Bu gün dünyada öz siyasi ambisiyası, mənfəəti naminə xalqının qanı və müsibətini tərəziyə qoymağa hazır olanlar var. İlham Əliyev isə heç zaman xalqın fəlakəti ilə ehtikarlıq etməyib. Hətta milli intibah naminə belə millətin taleyi ilə oynamayıb. Şərəf və suverenliyi, humanizm və insaniyyəti liderlik fəaliyyətinin ana xəttinə çevirib. İlham Əliyev nəyə çalışır? Yalnız Qarabağı bütöv şəkildə geri almağa, Azərbaycanın bütün torpaqlarında Konstitusiya quruluşunu bərpa etməyə deyil, həm də müharibələrə son qoymağa, sülhə nail olmağa çalışır. Azərbaycan hakimiyyətinin, Ordumuzun Qarabağda apardığı bütün əməliyyatların, eləcə də son lokal antiterror tədbirlərinin kökündə bu amil dayanırdı. Müharibəyə son qoymaq! Çıxışlarında dəfələrlə bu hərəkatların mülki əhaliyə qarşı olmadığını dönə-dönə bəyan edir, bunun əyani sübutlarını mütəmadi ortaya qoyur, dünyaya sübut etməyə çalışır ölkə başçısı. Qarabağdakı ermənilərə öz vətəndaşları kimi müraciət edilməsi, onlara düzgün yol göstərilməsi də həmin bu missiya daxilində dərk ediləsi prosesdir. Sülh və əmin-amanlığın tam bərqərar olmasına çalışmaq əzmi bu gün İlham Əliyevin bəşər tarixinə verdiyi böyük töhfədir! Misir yazıçısı Nəcib Məhfuzun Nobel alarkən etdiyi çıxışda belə fikirlər yer alırdı: “Bizim sivil dövlətlərin rəhbərlərindən və onların sahibkarlarından əsl sıçrayış etməyi, müasir dünyaya yeni, qərəzsiz baxışla baxmağı tələb etməyə haqqımız və borcumuz var. Əvvəllər hər bir lider yalnız öz millətinin mənafeyi naminə hərəkət edirdi, qalanlarına rəqib və ya istismar obyekti kimi baxır, öz üstünlüyündən və şəxsi şöhrətindən başqa bütün digər dəyərlərə etinasız yanaşırdı. Bunun adı ilə əxlaq dağıdılıb, prinsiplər pozulub, ləyaqətsiz üsullara haqq qazandırılıb, saysız-hesabsız insan ölümə məhkum edilib. Yalan, hiylə, xəyanət və qəddarlıq bəsirət möcüzəsi kimi ehtiram edilir, böyüklüyün sübutu kimi görülürdü. Bu gün yanaşma kökündən dəyişməlidir. Bu gün sivil liderin böyüklüyü onun dünyagörüşünün qlobal xarakterinə və bütün bəşəriyyət qarşısında məsuliyyət hissinə görə qiymətləndirilməlidir. Danışmaq yetər, hərəkət etmək vaxtıdır. Beynəlxalq soyğunçuların və vicdanı pis insanların dövrünü bitirməyin vaxtıdır. Biz bütün dünyanın yaxşılığını düşünən liderlər dövrünə qədəm qoymalıyıq”.

İlham Əliyev məhz, bu cür şəxsiyyətdir, güclü siyasi rəhbərdir, tək ölkəsinin deyil, dünyanın yaxşılığını arzulayan, bunu bəşəriyyət qarşısında məsuliyyət kimi dərk etdirməyə çalışan liderdir. Bəli, “bu gün sivil liderin böyüklüyü onun dünyagörüşünün qlobal xarakterinə və bütün bəşəriyyət qarşısında məsuliyyət hissinə görə qiymətləndirilməlidir”sə, qururluyuq ki, bizim rəhbərimiz   - Ali Baş Komandan İlham Əliyev bu ali dəyərləri, mənəvi-əxlaqi keyfiyyətləri özündə ehtiva edən şəxsdir!

Ona görə İlham Əliyev fərqli yol tutur və tutduğu yolla əslində, xalqın əsrlərlə qazandığı nəcib xalq statusunu də təhdid və zərbələrdən qorumuş olur, onu erməni daşnakları, faşist təfəkkürlü terrorçularla eyniləşdirmir. Onlar kimi davranmamalı, onlar kimi danışmamalı olduğumuzun ən böyük örnəyini Ali Baş Komandan İlham Əliyev birinci elə özü meydana qoyur. Bu mənada İlham Əliyev bu gün insanlığın, bütövlükdə, bəşəriyyətin düşmənlərinə qarşı vuruşur. Onun hədəfi yalnız mənfur düşmən deyil, həm də bütün insanlığa qənim kəsilən qüvvələrdir, silahı yalnız hərbi texnika deyil, həm də insani, humanist ideyalardır.  Böyük Mirzə Ələkbər Sabirin dediyi kimi, “Kim ki, insanı sevər, aşiqi-hürriyyət olur, / Bəli, hürriyyət olan yerdə də insanlıq olur”!

Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü - İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirir, ən əlçatmaz arzuları reallığa çevirir. Və bu yaxınlaşan uzaqlıqlardan bir də açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür... 

ELNARƏ AKİMOVA,

YAP İdarə Heyətinin üzvü

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

YAP xəbərləri

Xəbər lenti

Xəbər lenti

Siyasət

500 illik qanlı tarix

07 Dekabr 11:20

Xəbər lenti

Siyasət

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31