Ümumdünya Dəniz Günüdür
28.09.2023 [12:33]
Müşfiqə
Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara uyğun olaraq hər il sentyabr ayının sonuncu həftəsi “Ümumdünya Dəniz günü” kimi qeyd olunur.
1978-ci ildən etibarən qeyd olunan bu gün Beynəlxalq Dəniz Təşkilatı (IMO) Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilib. Dünya Dəniz Günü 1980-ci ilədək martın 17-də keçirilib. Sonra onun qeydolunma tarixinin sentyabrın sonuncu həftəsinə keçirilməsinə qərar verilib.
Dünya Dəniz Gününün məqsədi qanunsuz balıq ovu, suyun çirklənməsi və qlobal istiləşmə nəticəsində dəniz və okeanlarda meydana gələn bərpa oluna bilməyən dəyişikliklərə beynəlxalq səviyyədə diqqət çəkməkdir. Günün ən mühüm vəzifələri isə dəniz daşımalarında ətraf mühitin təhlükəsizliyini artırmaq, dənizin ətraf mühitini xüsusilə neft çirklənmələrindən qorumaq, bioresursların mühafizəsi və brakonyerliklə mübarizənin qarşısını almaqdır.
BMT-nin məlumatına görə, son 100 il ərzində tuna, treska, marlin kimi balıq növlərinin 90 faizi ovlanıb. İl ərzində dəniz və okeanlara təxminən 21 milyon barrel neft axır. Böyük su obyektlərinə atılan sintetik tullantılar ildə bir milyon dəniz quşunun və 100 min dəniz məməlisinin ölümünə səbəb olur. Son bir əsr ərzində qlobal istiləşmə nəticəsində planetin əsas su obyektlərinin səviyyəsi 10-25 santimetrə qədər artıb. Qlobal ticarətin 80 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Beynəlxalq yükdaşımalar zamanı əksər hallarda dəniz və okeanlardan istifadə edilməsi onların ekosistemlərini pozur. Buna görə də hər il müəyyən bir aktual mövzuya həsr olunmuş Dünya Dəniz Günündə müxtəlif ekoloji tədbirlər, aksiyalar və dünya miqyasında mitinqlər keçirilir. Bu günün cari ildəki şüarı “IMO 70: Mirasımız - Daha yaxşı gələcək üçün daha yaxşı daşınma”dır.
Azərbaycanda da sentyabrın sonuncu həftəsi “Xəzər həftəsi” kimi qeyd olunur.
Xəbər lenti
Hamısına baxDünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19

