/ / 2-ci Milli Şəhərsalma Forumu çərçivəsində TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib
2-ci Milli Şəhərsalma Forumu çərçivəsində TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib
01.10.2023 [13:36]
Ermənistan silahlı qüvvələrinin 30 illik işğalından azad edilən Zəngilanda sentyabrın 29-da Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olan 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) sentyabrın 30-da Bakıda keçirilən sessiyaları ilə paralel Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Davamlı urbanizasiya vasitəsilə dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün regional çağırışlar və əməkdaşlıq imkanları” adlı dəyirmi masada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev salamlama nitqi ilə çıxış ediblər və görüşün əhəmiyyətinə toxunublar. Çıxışlarda regional səviyyədə dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün çağırışlar və əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyalar ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif də iştirak edib. O, Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən 2-ci Milli Şəhərsalma Forumu çərçivəsində baş tutan TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masasında iştirakdan məmnunluğunu bildirib və uğurlar arzulayıb.
Hər bir ölkə təmsilçisi seçdiyi mövzu ilə bağlı bir nümunə təqdim edib.
Müzakirələrdə davamlı inkişaf üçün regional tərəfdaşlıqların təşviqi məsələləri ətrafında söhbət aparılıb. Dəyirmi masada regional nəqliyyat qovşaqlarının və dəhlizlərinin təşviqi yolu ilə əlaqələrin bərpası və türk dövlətlərinin iqtisadi potensialının tətbiqi, o cümlədən şəhərlərin təkmilləşdirilməsi üzrə birgə layihələrin maliyyə imkanlarının araşdırılması, regional əməkdaşlıq vasitəsilə şəhərlərin iqlim dəyişikliyinə və risklərin azaldılmasına adaptasiyası, multimodal dayanıqlı şəhər hərəkətliliyində dövlət-özəl tərəfdaşlığı, çirklənmiş sənaye ərazilərinin və torpaq sahələrinin innovativ bərpasına ortaq investisiyaların yatırılması kimi məsələlər müzakirə mövzusu olub. Həmçinin gələcək əməkdaşlıq və tərəfdaşlıq üçün niyyət planı hazırlanıb.
Qeyd edək ki, TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi ölkə kimi daxildir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

