“Mehriban qonşu olmaqdan başqa yol yoxdur”
30.09.2023 [10:35]
Elçin Əmirbəyov: Yeganə qırmızı xəttimiz suverenliyimizi və ərazi bütövlüyümüzü şübhə altına ala biləcək məsələlərdir
NARDAR
Regionda vəziyyət xarici kütləvi informasiya vasitələrinin diqqətindədir. Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Sentyabrın 28-də isə Qarabağdakı separatçılar özlərini buraxdıqlarını elan ediblər. Müxtəlif beynəlxalq KİV-lər bu mövzuda Azərbaycanda reportajlar hazırlayır, dövlət rəsmilərindən müsahibələr alırlar. Bu baxımdan, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsi mövcud reallıqların əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından önəmlidir.
Elçin Əmirbəyov müsahibədə bildirib ki, hazırda Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarıdır: “Bunun məcburi yerdəyişmə və ya Azərbaycanın onların tərk etmək istəyi ilə heç bir əlaqəsi yoxdur. Onların həqiqətən seçimi var. Xüsusilə vurğulamaq lazımdır ki, biz onları çoxmillətli Azərbaycanın tərkibində qalmağa və bir hissəsi olmağa çağırdıq. Baxın, Azərbaycan hakimiyyəti son bir neçə gündə nə edir - hər cür humanitar yardım, zəruri mallar, dərmanlar çatdırır, yanğınsöndürən maşınlar göndərir, biz artıq gecə-gündüz elektrik təchizatı qurmuşuq”.
“Azərbaycanı tərk edən ermənilər geri qayıda biləcəklər. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda baş verdiyi iddia edilən qondarma “etnik təmizləmə” ilə bağlı bəyanatını qətiyyətlə pisləyir və rədd edirik. O, təkcə sentyabrın 21-də Azərbaycan hakimiyyəti tərəfindən yerli ermənilərə heç bir təhlükə olmadığını deyən öz bəyanatlarından geri çəkilmir, həm də onun dedikləri Azərbaycanın yerli ermənilərə humanitar yardım çatdırmaq səylərini və reinteqrasiya prosesini pozmağa yönəlib. Bu, həm də Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün perspektivlərini sarsıdır”, - deyən Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Azərbaycan Qarabağın erməni sakinlərinin öz ana dilindən, mədəniyyətindən və dinindən istifadə etməklə bağlı hüquq və imkanlarını heç bir şəkildə məhdudlaşdırmaq niyyətində deyil. “Bizim üçün heç vaxt keçilməsinə icazə verməyəcəyimiz yeganə qırmızı xətt suverenliyimizi və ərazi bütövlüyümüzü şübhə altına ala biləcək məsələlərdir”, - deyə o vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan və Ermənistanın mehriban qonşu olmaqdan başqa yolu yoxdur: “Əgər bizim bir-birimizlə düşmənçilik üçün heç bir əsasımız yoxdursa, Azərbaycan və Ermənistan liderləri ən yüksək siyasi səviyyədə ərazi bütövlüyünün tanındığını bəyan ediblərsə, demək, bizim sadəcə olaraq mehriban qonşular olmaqdan başqa yolumuz yoxdur”.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, Azərbaycan hərbçiləri son ildırımsürətli antiterror tədbirləri zamanı mülki əhali arasında itkilərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çalışıblar: “Antitteror tədbirləri bir gündən az davam edib və cərrah dəqiqliyi ilə həyata keçirilib. Bütün bunlar hərbi hədəfləri zərərsizləşdirməyə yönəlmiş yüksək dəqiqliklə həyata keçirilmiş addımlar idi”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

