İlham Əliyev və Mehriban Əliyeva Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar
04.10.2023 [15:11]
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Bağı oğlu Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar.
Nekroloqda deyilir:
"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadə 2023-cü il oktyabrın 3-də ömrünün 94-cü ilində vəfat etmişdir.
Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakı şəhərinin Pirşağı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1947–1952-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı fakültəsində dağ mühəndisi-geoloq ixtisası üzrə ali təhsil almışdır.
Xoşbəxt Yusifzadə 1960-cı ildə geologiya-mineralogiya elmləri üzrə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 2005-ci ildə professor elmi adını almış, 2007-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Əmək fəaliyyətinə 1952-ci ildə SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında mühəndis-geoloq kimi başlayan Xoşbəxt Yusifzadə 1954-cü ilədək “Dənizneft” Birliyində geoloji şöbə rəisinin müavini və “Azneft” İstehsalat Birliyində böyük geoloq, 1954–1963-cü illərdə indiki “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində böyük geoloq, baş geoloq və rəis vəzifələrində işləmiş, 1963–1970-ci illərdə “Başdənizneft” İdarəsində şöbə rəisi, 1970–1992-ci illərdə isə “Xəzərdənizneft” Birliyində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
Xoşbəxt Yusifzadə 1992-ci ilin may ayından “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti olmuş, həmin ilin noyabrından ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində prezidentin müşaviri, vitse-prezident və birinci vitse-prezident vəzifələrini tutmuşdur.
Akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış şəxsiyyətlərdəndir. Xəzərdə genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və dənizin zəngin potensialının üzə çıxarılmasında onun müstəsna xidmətləri vardır. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə 20-dən artıq neft və qaz yatağı, o cümlədən “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilərək istismara verilmişdir. Həmin yataqların kəşfi ölkəmizin neft strategiyasının milli mənafelərə uyğun gerçəkləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Neft-qaz geologiyası üzrə səriştəli mütəxəssis olan Xoşbəxt Yusifzadə uzun illər ərzində topladığı zəngin təcrübəsini neft sənayesi strukturlarında məsul vəzifələrdə çalışarkən öz təşkilatçılıq bacarığı ilə ahəngdar şəkildə birləşdirirdi.
Xoşbəxt Yusifzadə eyni zamanda neft və qaz sənayesinin aktual problemlərinin həlli, neft-qaz hasilatının inkişafı və geofiziki axtarış üsullarının təkmilləşdirilməsi sahəsində fundamental araşdırmaların müəllifi kimi tanınmışdır. Onun elmlə istehsalatın sıx bağlılığını əyani təcəssüm etdirən tədqiqatları Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsi zamanı elmi metodların tətbiqində xüsusi rol oynamışdır. Xoşbəxt Yusifzadənin apardığı tədqiqatların nəticələri onun 200-ə yaxın elmi əsərində öz əksini tapmışdır. Alimin neft emalı sənayesində ixtiraları respublika iqtisadiyyatına böyük səmərə gətirmiş, karbohidrogen ehtiyatlarının həcmi ilə bağlı hesablamaları həmişə özünü doğruldaraq, ona həmkarları arasında nüfuz qazandırmışdır.
Xoşbəxt Yusifzadənin Azərbaycanın neft-qaz sənayesinin inkişafında əvəzsiz xidmətləri və çoxillik səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın ali mükafatları – “Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.
Görkəmli neftçi-alim və geoloq, səmimi və təvazökar insan Xoşbəxt Bağı oğlu Yusifzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Şahmar Mövsümov
Fərəh Əliyeva
Mikayıl Cabbarov
Pərviz Şahbazov
Emin Əmrullayev
Rövşən Nəcəf
İsa Həbibbəyli
Akif Əlizadə
İbrahim Quliyev".
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

