Deputat: Avropa Parlamenti qarşısında heç bir öhdəlik daşımırıq
07.10.2023 [09:45]
Azərbaycana qarşı sanksiya istəyinin əmsalı sıfıra bərabərdir
Günel ABBASOVA
“Avropa Parlamenti oktyabrın 5-də Azərbaycan əleyhinə qətnamə qəbul edib və bu, əslində yeni hadisə deyil. Dəfələrlə biz Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədləri görmüşük”.
Bu fikirləri Milli Məclisin üzvü Elman Nəsirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, əvvəl qəbul olunan anti-Azərbaycan məzmunlu qətnamələr də və 5 oktyabr tarixində qəbul olunan sənəd də heç bir hüquqi qüvvəyə malik deyil: “Bu sənədi də əvvəlki sənədlər kimi tarixin zibilxanasına atmaq olar. Çünki biz Avropa İttifaqı ölkəsi deyilik, Avropa Parlamentində təmsilçimiz yoxdur və heç bir qurum qarşısında öhdəlik daşımırıq. Ancaq bu halda suallar yaranır ki, avropalı parlamentariləri narahat edən odur ki, Azərbaycan dövləti, ordusu Qarabağdakı erməni terrorizmi və separatizmin kökünü kəsib. Bu reallıqlar fonunda nədən avropalı parlamentariləri belə erməni sevgisi ortaya qoyurlar?
Bunun ancaq bir cavabı var, Avropa Parlamenti kifayət qədər korrupsiyaya məruz qalmış bir quruma çevrilib və hətta Avropa Parlamentinin ali rəhbərliyi səviyyəsində, vitse-prezidenti səviyyəsində korrupsiya faktları bütün dünyaya bəlli olub. Bu faktlar da həmin yüksək rütbəli məmurları ifşa edirsə, onda daha Avropa Parlamentindən nə gözləmək olar? Avropa Parlamenti Avropa İttifaqına müraciət edir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin və onların bu istəkləri reallaşma əmsalı sıfıra bərabərdir. Birincisi, Azərbaycanın haqq işidir. İkincisi, biz terrorizmə, separatizmə qarşı mübarizə aparmışıq və beynəlxalq hüququn ən mühüm prinsipləri olan ölkələrin ərazi bütövlüyü və suverenlik prinsipini Qarabağda bərqərar etmişik”.
Deputat qeyd edib ki, Avropa İttifaqı ilə bizim çox sıx təmaslarımız var: “Avropa İttifaqı Azərbaycanın özünə yeni alternativ və yeganə enerji mənbəyi kimi baxır və hesab edirəm ki, avropalı parlamentarilər Avropa İttifaqının böyük maraqlarını kənara qoyub. Deməli, avropalı parlamentariləri nə qədər rüşvətə, korrupsiyaya uğrayıblar ki, Avropa İttifaqı üçün enerji, təhlükəsizlik məsələlərinin hansı böyük məna və əhəmiyyət kəsb etməsi onlar üçün sonuncu yerdə olan məsələdir. Onlar üçün əsas məqam cibləridir və bu prizmadan da regiondakı proseslərə qiymət verirlər. Onlar Azərbaycanın mövqeyinə təsir edə bilməyəcəklər. Azərbaycanın güclü Lideri var, Müzəffər Ali baş komandanı var, yenilməz ordusu var, dəmir yumruq ətrafında birləşən xalqı var.
Bütün bu reallıqlar fonunda avropalı parlamentarilərin atdığı addım arxadan atılan daş topuğa dəyər misalına bənzəyir. Başqa sözlə, qatar artıq gedib, sadəcə avropalı parlamentarilər onun ardınca baxmaqdadırlar. Avropalı parlamentarilər özləri də bilirlər ki, bu sənədin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Sadəcə bu, həm də dumanlı məqamlar, yeni rüşvət və korrupsiya fonunda ermənilər qarşısında təsəlli edici addımdır. Ancaq avropalı parlamentarilər özləri də öncədən bilirlər ki, həmin qətnamənin reallaşma əmsalı və dəyəri elə sıfıra bərabərdir. Bu gün onlara cavab olaraq biz də sözügedən bütün məqamları özündə cəmləşdirən bəyanat qəbul etdik”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

