Dövlət Komissiyası: Natiq Qasımovun Əsgəran ərazisində dəfn edildiyi ehtimal olunur
07.10.2023 [14:47]
Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımovun keçmiş Əsgəran ərazisində dəfn edildiyi ehtimal olunur.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, N.Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş «Qaradağ şahinləri» taboruna yazılaraq Vətənin müdafiəsində iştirak etmişdir. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdür.
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-su-suz orada qalaraq təkbaşına döyüşmüşdür. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdür. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən «Oqonyok» jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdir.
Erməni girovluğundan azad edildikdən sonra Mingəçevir şəhərində yerləşən «Kür» avarçəkmə bazasında məskunlaşmış, Xocalı şəhər sakini, Cəfərov Cəfər Məhəmməd oğlunun ifadəsinə əsasən, Xocalı şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan gün digər Xocalı sakinləri ilə birlikdə onu da girov götürmüş və işğal edilmiş Əsgəran Rayon Polis Şöbəsinin təcridxanasına aparmışlar. Bir müddət sonra Ermənistan hərbçiləri onu xarici jurnalistlə birlikdə zirehli döyüş maşınına oturdaraq azərbaycanlılara xəbərdarlıq etmək üçün Pirlər kəndinə aparmışlar.
Ermənistan hərbçiləri orada Cəfər Cəfərovu Alban kilsəsində mövqe tutmuş Azərbaycan hərbçiləri ilə danışığa göndərmiş, əgər təslim olmasalar, girov götürülmüş Xocalı şəhər sakinlərini sıraya düzüb güllələyəcəklərini bildirmişlər.
Cəfər Cəfərov sürünə-sürünə kilsəyə getmişdir. Lakin o, kilsədə yalnız bir Azərbaycan əsgəri, Qasımov Natiq Səlim oğlu ilə rastlaşmışdır. Natiq Qasımov 5 gün ərzində təkbaşına və ac-susuz döyüşdüyü üçün artıq taqətdən düşübmüş.
Natiq Qsımov Cəfər Cəfərovun: “Axı imkanın var idi nə üçün geri çəkilmədin?” -sualına: “Komandirim mənə mövqeni tərk etməməyi tapşırmışdır. Bir də ki, yuxarıda dalğalanan Azərbaycan bayrağını burada qoyub necə gedə bilərdim?” – cavabını vermiş və binanın üzərindəki Azərbaycan bayrağını göstərmişdir.
Cəfər Cəfərovun ifadəsinə görə o, Ermənistan hərbçilərinin şərtini Natiq Qasımova çatdırmış, bununla yanaşı, təslim olmamağı və imkan varsa, geri çəkilməyi məsləhət görmüşdür. Lakin, Natiq Qasımov bir canı üçün Xocalı sakinlərinin həlak olmasına yol verməyəcəyini bildirmiş və binanın üzərində asılmış Azərbaycan bayrağını əlinə götürərək Ermənistan hərbçilərinə təslim olmuşdur.
Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirmişdir.
Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak etmiş, çoxsaylı müharibə cinayətləri törətmişdir. Sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olmuşdur.
Məlum olduğu kimi Ermənistan tərəfi humanitar hüquq normlarının ziddinə olaraq I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, o cümlədən Natiq Qasımovun dəfn yeri barədə məlumatları gizlətmiş və bu gün də bu qeyri-insani əməlini davam etdirir.
Natiq Qasımov hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) I Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Dövlət Komissiyası I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, həmçinin Natqi Qasımovun axtarışlarını davam etdirir. Təəssüf ki, Natiq Qasımovun dəfn yeri barədə Dövlət Komissiyasında məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, onun meyiti Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edilmişdir. Dövlət Komissiyası işğaldan azad edilmiş bütün ərazilərimizdə, həmçinin Xocalı rayonu ərazisində I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işlərini aparacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

