Azərbaycan və Gürcüstan bir-birinə sıx bağlıdır
11.10.2023 [16:37]
Günel ABBAS
“Azərbaycan və Gürcüstanı bir-birinə çox dərin tellər bağlayır. İki qonşu ölkə bir-birinə, həm mədəni, həm siyasi, həm iqtisadi, həm də geosiyasi cəhətdən sıx bağlıdır”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin üzvü Vüqar İskəndərov bildirib.
Deputat qeyd edib ki, bu qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin kökü Ümummilli Liderimizin Gürcüstanın rəhbəri ilə səmimi ünsiyyət dövrünə dayanır: “Müstəqillik illərimizdə də xoşbəxtlikdən hər iki rəhbər müstəqil ölkələrin başçıları oldular. Bünövrəsi illər əvvəldən qoyulan siyasət bu gün də Prezident tərəfindən keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilir. Bu illər ərzində Azərbaycan Prezidenti Gürcüstana 11 dəfə səfər edib və eyni anda Gürcüstan rəhbərləri də ölkəmizə bu qədər səfərlər ediblər. Gürcüstanla bizi həm də mədəni tellər bağlayır. Hər iki ölkənin mədəniyyətinə, tarixinə, ədəbiyyatına, musiqisinə, filmlərinə ciddi maraq var. Əsas digər məsələlər siyasi proseslərdir ki, bu mərhələdə də iki ölkə bir-birini, bütün beynəlxalq platformalarda dəstəkləyir, vacib olan məsələlərdə eyni mövqedən çıxış edir. Digər məsələ iqtisadi münasibətlərdir ki, bu gün Azərbaycan Gürcüstanda ən çox investiya qoyan ölkələrdən birincisidir. Həm də Gürcüstan Azərbaycan üçün vacib tranzit ölkədir və Azərbaycan öz iqtisadi imkanları ilə Gürcüstan iqtisadiyyatına çox böyük yatırımlar qoyur və çox böyük töhfələr verir.
Azərbaycan Gürcüstan iqtisadiyyatının dirçəlməsində əvəzsiz rol oynayır və bunlar çox vacib məsələlərdir, həmçinin bu məsələlərlə bağlı yeni çağırışlar var. Prezident İlham Əliyev Tbilisidə olarkən bölgə üçün önəmli layihələr barədə fikir bildirmişdi. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün də Tbilisi yaxşı platformadır. Yəni Ermənistan da buna razılıq versə, çox yaxşı nəticələr əldə etmək olar. Bu mənada Gürcüstan da öz münasibətini göstərir və Cənubi Qafqazda daimi sülh əldə olunması üçün nə lazımdırsa, onu etməyə söz verir. Prezident İlham Əliyevin dəvəti ilə Gürcüstanın baş nazirinin ölkəmizə səfəri də yaxın zamanlarda reallaşacaq. Ümumilikdə bu addımlar hər iki ölkənin dostluğu, qardaşlığı və qonşuluq siyasətinə nümunə kimi adlandırılmalıdır. Hesab edirəm ki, zaman keçdikcə bu münasibətlər ən yüksək zirvəyə çatacaq”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

