Qınaq və çağırış!
20.10.2023 [11:22]
Qərbi Azərbaycan İcması Avropa İttifaqına və BFT-a səsləndi
Nardar BAYRAMLI
Qərbi Azərbaycan İcması Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İttifaqının (Aİ) 2023-cü il oktyabrın 18-də verdiyi anti-Azərbaycan bəyanatına etiraz edib. Bununla bağlı İcmanın bəyanatında bildirilib ki, biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması olaraq, Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İttifaqının (Aİ) 2023-cü il oktyabrın 18-də verdiyi anti-Azərbaycan bəyanatını şiddətlə qınayırıq: “İlk öncə vurğulayaq ki, bu bədnam bəyanatı məhz 18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günündə verməklə Aİ ölkəmizə və xalqımıza qərəzini simvolik şəkildə ifadə etmişdir”.
Qeyd edilib ki, Avropa İttifaqının sənədi qərəzlidir, ayrı-seçkilik xarakteri daşıyır, sülhə mane olur və Ermənistanın törətdiyi müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə haqq qazandırır. “İlk öncə vurğulamaq istərdik ki, qayıdış hüququnu ancaq Qarabağ ermənilərinə şamil etməklə və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnu inkar etməklə Aİ azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyini açıq şəkildə göstərmişdir. Bundan əlavə, münaqişə zamanı törədilmiş çoxsaylı hərbi cinayətlərə baxmayaraq, Aİ-nin “bütün Qarabağ erməniləri” üçün amnistiya tələbi bizi dərindən narahat edir. Müharibə cinayətlərinə amnistiyanın verilməsi təkcə ədalət və hesabatlılıq prinsiplərini pozmur, həm də cəzasızlıq mühiti yaratmaqla regionda davamlı sülh və barışığı mümkünsüz edir. Aİ-nin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər üçün amnistiya tələb etməsi bu qurumda irqçi mentalitetin ayaq açmasını və humanizm dəyərlərinin aşınmasını, eləcə də onun regionda sülh və ədalətin bərqərar olmasında maraqlı olmadığını göstərir”,-deyə İcma vurğulayıb.
Diqqətə çatdırılıb ki, bəyanatda Azərbaycan yerli əhalinin insan hüquqlarını və mədəni irsini qorumağa çağırılsa da, Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmuş azərbaycanlıların hüquqları və mədəni irsi ilə bağlı Ermənistanın məsuliyyəti barədə heç bir çağırış edilmir. Bu, Aİ-nin qərəzli və anti-Azərbaycan yanaşmasının növbəti sübutudur. Nəhayət, bəyanatda Azərbaycan Ermənistanın ərazi bütövlüyünə sadiqliyini təsdiq etməyə çağırıldığı halda, Ermənistana oxşar çağırış edilmir. Ermənistanın Azərbaycan ərazilərini onilliklər ərzində işğal altında saxlaması və Aİ-nin ona göz yumması faktını nəzərə alsaq, Aİ bu çağırışı ilə faktiki olaraq Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə cəsarətləndirir.
“Aİ-nin bu bəyanatı və son dövrlər nümayiş etdirdiyi mövqe onun sülh üçün tərəfdaş kimi etibarını və rolunu sarsıtmışdır. Biz Aİ-ni anti-Azərbaycan yanaşmasından əl çəkməyə, insanların hüquq və ləyaqət baxımından bərabərliyi, eləcə də dövlətlərin suveren bərabərliyi prinsiplərinə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarına hörmət etməyə çağırırıq”, - deyə İcmanın bəyanatında vurğulanıb.
Qərbi Azərbaycan İcması Beynəlxalq Frankofoniya Təşkilatının baş katibinin açıqlamalarını da pisləyib. Qeyd edilib ki, Ermənistan və Fransa Beynəlxalq Frankofoniya Təşkilatını (BFT) qatı anti-Azərbaycan platformasına çevirmək cəhdlərini davam etdirir. Bu xüsusda, BFT-nin baş katibinin İrəvanda verdiyi son açıqlamalar narahatlıq doğurur.
Bildirilib ki, Qarabağda erməni mədəni irsinin qorunmasının vacibliyini qabardan baş katibin Ermənistanda Azərbaycan xalqına mənsub olan mədəni irsin acınacaqlı vəziyyətinə toxunmaması açıq-aşkar qərəz və ikili standartların təzahürüdür.
Qərbi Azərbaycan İcması BFT-nin baş katibini Ermənistan və Fransanın Azərbaycana qarşı çirkin fəaliyyətində alətə çevrilməməyə və Azərbaycanla bağlı açıqlamalarında ehtiyatlı və məsuliyyətli olmağa çağırıb.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

