/ / Laçın şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib
Laçın şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib
23.10.2023 [14:58]
Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, İdarələrarası Mərkəzin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin nümayəndələri iştirak edib.
İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumlar tərəfindən Laçın şəhərində aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri, Qarabağda kəhrizlərin bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərdə aparılan kosmik tədqiqatlar, tikinti-söküntü tullantılarından təkrar xammal materialı kimi istifadə perspektivləri, yol-infrastruktur layihələrinin icrası zamanı ətraf mühitə minimum təsirə nail olunması, Laçın şəhərində yaşıllıqların mühafizəsi və bərpası perspektivləri, yol tikintisi işlərində tələb olunan xammal təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı daxil olan müraciətlər, faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, müasir texnologiyalardan istifadə olunması, işğaldan azad edilmiş ərazilərin, o cümlədən Laçın rayonunun çayları və onların hidroenerji potensialından istifadəsi, eləcə də istismara verilmiş və icrası davam edən kıçık su elektrik stansiyaları barədə məlumat verilib və Laçın şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib.
İclasdan sonra iştirakçılar Zerti Aqro-sənaye Parkının işi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

