Böyük xeyriyyəçi qadın - Nabat Aşurbəyova
26.10.2023 [14:20]
M.BAYRAMLI
Bu materialımızda Azərbaycan tarixində önəmli iz buraxan şəxslərin həyatına sizinlə birlikdə işıq tutmağa çalışacağıq. Bu dəfə haqqında danışacağımız şəxs məşhur Afşar tayfasından olan Aşurbəyovların qızı Nabat Xoca Aşurbəyovadır. Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində dünyaya gəlib. Nabat xanım xeyriyyəçi kimi məşhurlaşıb. Öz səxavəti və xeyirxahlığına görə ad qazanıb, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olub, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləyib, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürüb və daha nələr, nələr...
Görünür ki, Allah ona uzun ömrü yaxşı işlər gördüyü üçün göndərib. Nə az, nə çox 117 il yaşayıb. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanılmayıb.
Aşurbəyovanın həyatındakı ən böyük iş Təzə Pir məscidinin inşası idi.
O, məscidi tikmək üçün ilk diplomlu Azərbaycan memarı Zivər bəy Əhmədbəyovu (Sovet dövründə Bakının ilk baş memarı oldu) dəvət etdi. Zivər bəyə vəsait ayıraraq onu ən məşhur məscidlərin memarlığını öyrənmək üçün İstanbula və Yaxın Şərqdəki ərəb ölkələrinə göndərdi. Səfərdən sonra Zivər bəy ona iki hündür minarəli məscid layihəsini təqdim etdi. Lakin Bakı qubernator idarəsi pravoslav din xadimlərinin təkidi ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verdi. Əgər məscidin minarəsi ikimərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə elə həmin dövrdə (1897-ci il) onun yaxınlıqda tikilmiş Aleksandr Nevski pravoslav kilsəsini kölgədə qoyardı. Qısa minarə ilə tikilməsinə belə baxmayaraq, Təzəpir məscidi Bakıda ən iri və möhtəşəm məscid oldu. Məscidin özülünə birinci daşı öz fəaliyyətinə adi bənna kimi başlayan, daha sonra milyonçu olan Hacı Zeynalabdin Tağıyev qoydu. Nabat xanım Tağıyevi şəxsən özü dəvət etmişdi. 9 ildən sonra məscidin baş günbəzinə sonuncu daş da qoyuldu. Lakin Nabat xanım öz arzusunun sona yetdiyini görmədi və 1912-ci ildə vəfat etdi. Ölümündən sonra oğlu Hacı Abbas Qulu Rzayev bu işə rəhbərlik etdi. Tikinti 1914-cü ildə başa çatdı. Təzə Pir məscidinin girişinin qarşısında, sağ tərəfdə, bu məscidi inşa edən Nabat xanımın və oğlu Hacı Abbas Qulunun dəfn olunduğu bir qəbir var.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29

