Əslində, işığı kim kəşf edib?
26.10.2023 [15:03]
MİKAYIL
Şübhəsiz ki, dünyanın ən əhəmiyyətli ixtiralarından biri elektrikdir. İnsanlar bəzən elektrik enerjisinin necə tapıldığını düşünürlər. Bu barədə internetdə bir sıra araşdırmalar edirlər. Statistikaya görə, insanların internetdə araşdırdıqları mövzular arasında ən populyarlar sırasına daxildir. Bəs elektrik enerjisinin ixtiraçısı kimdir? Axı onu kəşf edənin kimliyi də maraqlıdır. Bu zaman bir çox adla rastlaşa bilərik.
Bəzi mənbələrə görə, ixtiraçısı Benjamin Franklindir (1752-ci il). Eləcə də həkim William Gilbet və Alessandro Voltonun adları da bu siyahıda görmək mümkündür. Sözsüz ki, hər birinin elektrik enerjisinin ixtirasında rolu olub. Bu səbəbdən "elektrik enerjisini yalnız bir adam ixtira edib" demək düzgün olmazdı.
XX əsrin əvvəlində isə serb əsilli amerikalı mühəndis Nikola Tesla elektrik enerjisinin yayılmasına böyük töhvə verdi. Edison ilə birgə çalışdı və daha sonra elektromaqnetizm sahəsində bir çox inqilabi yeniliklərə imza atdı. Amerikalı sənayeçi Corc Vestinqhaus Teslanın alternativ axın motorunu satın alaraq inkişaf etdirdi. 1880-ci illərdə Tomas Edison elektrik lampasını ixtira etdikdən sonra elektrik enerjisinin istifadəsi son dərəcə genişləndi. 1881-ci ildə isə elektrik istehsalı mərkəziylə paylanma şəbəkəsini Nyu-Yorkda qurması elektrik enerjisinin evlərdə və sənayedə istifadə edilməsinə zəmin yaratdı.
Elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etməklə yanaşı, teleqrafı, telefonu, kino aparatını təkmilləşdirib. Eləcə də elektrovoz istehsalına başlayıb, fonoqraf kəşf edib. Habelə onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanıb.
Heç bilirdiniz ki, Tomas Edison orta məktəbdə cəmi 3 ay oxuyib? İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırıb və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olub. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

