Müxalifətin psixoloji “tablosu”...
27.10.2023 [11:10]
Mimikaları, aqressiyaları redikülləri “ələ verir”
Məqsədyönlü fəaliyyət sahəsi sayılan siyasət məntiq və məsuliyyətlə yanaşı, normal və sakit psixoloji vəziyyət, dözümlülük kimi keyfiyyətlər də tələb edir. Siyasətlə məşğul olduğunu iddia edənlər birmənalı şəkildə psixoloji hazırlığa malik olmalıdırlar - əks halda, onların mimikaları onları “ələ verəcək”. Başqa sözlə, həmin “siyasətçilər” əsəbi və ya aqressiv səs, əl-qol hərəkətləri, sifət jestləri, qırıq və anlaşılmaz cümlələr, intonasiyanın kəsintisi kimi halların “qurbanına” çevriləcəklər. Bu, bəlkə də orta statistik insan üçün normal hal sayıla bilər, amma özünü “siyasət adamı” sayanlar üçün...
Bir dəqiqəlik də olsa, redikül müxalifətçilik “girdabında” olanların obrazlarına diqqət yetirək. Danışanda sifəti əyilən, aqressiyasını ağzının köpüklənməsi ilə “biruzə verən”, dodaqları titrəyən, rabitəsiz fikirlər söylənənlər göz önündə canlanır. Məsələn, son dövrlərdə, xüsusilə 2020-ci il 44 günlük Vətən müharibəsinin təzə bitdiyi və bu ilin 19-20 sentyabr atiterror tədbirlərindən sonra xəyanətkar Əli Kərimlinin ermənipərəst Sevinc Osmanqızı ilə “söhbətlərinə” nəzər yetirsək, bu qanunauyğunluğu görmüş olarıq. Onlar bütünlüklə davranışlarında psixi gərgin durumlarını ortaya qoyur, Əli Kərimli var gücü ilə “qışqırmaqla” özünü “haqlı çıxarmağa” çalışır, Osmanqızı isə rabitəsiz cümlələri, pauzaları, gözünü kameradan qaçırmaqları ilə əsəb pozğunluğu yaşadığını ortaya qoyur. Əli Kərimli bütün hallarda Azərbaycanın əldə etdiyi bu böyük qələbələrin miqyasını kiçiltmək üçün əməlli-başlı psixi sarsıntılar keçirir, əlləri əsir, əsəbiləşir, hətta qarşısındakı jurnalistlər qarşı belə aqressiv davranış nümayiş etdirir. Onun nəinki gərginlik, hətta əsəb pozğunluğu yaşadığı ilk baxışdanca bəlli olur. Bu isə Ə.Kərimlinin özünün şüuraltında dediklərinə inanmadığını, yalan danışdığını dərk etdiyini göstərir. Mimikası, sifət jestləri, əl hərəkətləri onun əsl “obrazını”, əsl “kimliyini” cəmiyyətə nümayiş etdirir.
Eyni təhlili Əli Kərimlinin köhnə şəriki Tofiq Yaqublu, antimilli şuranın “fəxri sədri” Cəmil Həsənli və ya satqın Gültəkin Hacıbəyli haqqında da aparmaq olar. Vaxtilə “milli şura”nın koordinasiya şurasının “iclaslarının” sosial şəbəkələrdə yayılan videoları onların təfəkkür səviyyəsini, eləcə də psixoloji durumlarını ortaya çıxarmışdı. Proses indi də “öz axarı ilə” davam edir. Başqa sözlə, rediküllərin yeni “ictimai-siyasi tabloları”nda dəyişiklik yoxdur. Aqressiya və xəyanət sindromu biri-birinə o qədər qarışıb ki, davranışlar nəinki məntiqi çərçivəni aşıb, hətta bəzi tibbi müdaxilə belə tələb edir...
Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz mütəxəssis də bildirir ki, mimikalar, jestlər müasir dövrdə həm də elmi istiqamətlərdən biri sayılır. Psixoloq Elnur Rüstəmov deyib ki, bu sahə xüsusi olaraq öyrənilir və bu sahənin də dünyada tanınan mütəxəssisləri var. Onların vasitəsilə tədqiqatlar aparılıb, müxtəlif kitablar yazılıb: “Həmin kitablarda qeyd olunub ki, bədən dili insanın duyğuları ilə bağlı müəyyən siqnallar verir. Məsələn, yalan danışanda insanın mimikaları onu ələ verə bilər. Bu araşdırmalarda xüsusilə qeyd olunub ki, bəzi sahələrdə çalışan insanların bədən dilini müəyyən etmək, onun mimikalarından nə demək istədiyini anlamaq çətin olur. Həmin kateqoriyaya aktyorlar, siyasi fəaliyyətlə məşğul olan insanlar, hüquqşünaslar və s. daxildir. Bu insanların mimikalarından yalan danışdıqlarını bilmək bir qədər çətindir”.
Psixoloq konkret nümunələrdən də misal çəkib. “Məsələn, siyasi fəaliyyətlə məşğul olanların, müxalif şəxslərin danışığından görürük ki, onlar özləri belə öz dedikləri sözlərə inanmırlar. Adətən onların mimikalarında xüsusi bir narahatlıq, gərginlik var. Həmin müxalif şəxslərin ən azından aqressiyalarını müşahidə edirik, bunu hər nə qədər gizlətməyə çalışsalar da hansısa formada bu mənfi enerjini cəmiyyətə ötürməyə çalışırlar. Təbii ki, onların mimikaları ilə danışdıqları tekstologiya üst-üstə düşmür. Ona görə də aqressiv, gərgin və narahat olduqları ilk baxışdaca bəlli olur”, - deyən E.Rüstəmov onu da vurğulayıb ki, ümumiyyətlə, insanın danışığı doğru olanda və insan özü danışdığına inananda onun bədən dili, mimikaları da həmin fikirlərə adekvat olur. Yox, əgər insan öz danışığına özü də inanmırsa, mimikaları bu prosesə adekvat cavab verə bilmir: “Çünki bədən dili daha çox şüuraltı ilə, insanın danışdığı isə şüur sferası ilə tənzimlənir. Ona görə də bir çox müxalif şəxslər şüurlu olaraq danışsalar da, onların şüuraltı idarə olunan bədən dili prosesi dəstəkləmədiyinə görə qeyri-adekvat davranışların şahidi ola bilirik. Müxalif siyasət adamlarının səsləndirdikləri ifadələr və çıxışlar bunu açıq-aydın göstərir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33

