531 il əvvəl...
28.10.2023 [12:40]
Kolumbun Kuba kəşfi
Yeganə BAYRAMOVA
Oktyabrın 28-i ada dövləti olan Kubanın kəşf edildiyi gündür. Paytaxtı və ən böyük şəhəri Havana olan Kuba 11 milyondan artıq insanın vətənidir. Eyni zamanda, Kuba Qərb bölgəsində ən böyük əraziyə malikdir. Ada ətrafındakı sular tərəfindən ilıqlaşdırılmış bir tropik iqlimə sahibdir. Eyni zamanda, Karib Dənizinin isti suları və adanın Meksika körfəzinə paralel yerləşməsi Kubanı qasırğalar üçün açıq hədəf vəziyyətinə gətirib. 1232,5 kilometr uzunluğundakı Kuba adası planetimizin ən böyük 13-cü adasıdır.
Kuba necə kəşf edildi?
Kubaya gələn ilk avropalı 1492-ci ilin oktyabrında arxipelaqın şərq hissəsinə qədəm qoyan səyyah Xristofor Kolumb olub. Kolumbun ilk dəfə Atlantik okeanını üzüb keçməsi böyük coğrafi kəşflərin başlanğıcı kimi qəbul olunur. Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci ildə sahildə quru ərazini görürlər və sonrakı gün özlərinin kəşf etdikləri torpağa ayaq basaraq onu Vest-İndiya adlandırırlar. Bununla da birinci səyahəti zamanı (1492-1493-cu illər) X.Kolumb Baham, Kuba və Haiti (Espanyola) adalarını kəşf edir.
Onun 1493-1496-cı illərdəki ikinci səyahəti Kiçik Antil adalarının bir qrupunun, Puerto-Riko və Yamayka adalarının kəşfinə gətirib çıxarır. Bundan başqa, o, Kubanın cənub sahillərini də tədqiq edir...
1511-ci ildə Dieqo Velaskes de Kuelyar adanın yerli əhalisini özünə tabe edərək Barakoa limanının əsasını qoydu və Kubanın ilk ispan qubernatoru oldu. 1514-cü ilə kimi burada 7 yeni yaşayış məskəninin əsası qoyulmuşdu. 1515-ci ildə Dieqo Velaskes de Kuelyar öz iqamətgahını Kubanın birinci paytaxtı olan Santyaqo de Kubaya köçürdü. Adanın yerli əhalisinin 75 faizini təşkil edən hindu mənşəli tainolar ispanların müstəmləkə siyasətinə qarşı ciddi müqavimət göstərirdilər.
Nikel istehsalına görə 1-ci yer...
Kuba 1943-cü ildən hasilatına başlanıldığı nikel ehtiyatlarına görə dünyada ikinci yeri tutur. Nikel istehsalı 1959-cu il inqilabından sonra SSRİ ilə birlikdə şaxta avadanlıqlarının modernləşdirilməsindən və dağ-mədən kombinatının yaradılmasından sonra əhəmiyyətli dərəcədə artıb. Müasir dövrdə Kuba nikel istehsalına görə dünyada birinci yeri tutur.
Kuba zəngin kobalt ehtiyatlarına da malikdir. Belə ki, kobalt emalına və istehsalına görə dünyada üçüncü yeri tutur. 1984-cü ildə ölkənin qərbində neft və qaz yataqları aşkar edilib. 2006-cı ildən adanın şimalında, Florida sahillərindən bir qədər aralı məsafədə yeni neft-qaz yataqlarının mənimsənilməsinə başlanılıb.
Bəzi məlumatlara görə, Kubada neft ehtiyatları 5 milyard barreldən, qaz ehtiyatları isə 300 milyard kub metrdən çoxdur. 2010-cu ildə təsdiq edilmiş məlumatlara əsasən, Kubada neft ehtiyatları 178,9 mln. barel, təbii qaz ehtiyatları isə 70,9 milyard kub metrdir.
Kuba mədəniyyəti
Kuba mədəniyyəti dünyanın müxtəlif bölgələrindən gətirilmiş etnik mədəniyyətin qarışığından ibarətdir. XVI əsrdən başlayaraq Kuba plantasiyalarında işləmək üçün gətirilən qullar sonradan ağ dərili kolonistlər və yerli xalq ilə qaynayıb-qarışaraq müasir kubalıların bir xalq kimi yaranmasına səbəb olub. Burada aborigenlərin, ispanların, afrikalıların, sonradan gəlmiş qərbi avropalıların və çinlilərin gətirdiyi mədəniyyət müasir Kuba mədəniyyətini formalaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

