Dövlət Komitəsi: "Xankəndi sakinləri tezliklə doğma yurdlarına qayıdacaq"
30.10.2023 [16:00]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində Xankəndi şəhərindən və Kərkicahan qəsəbəsindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.
Dövlət Komitəsindən bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində üç il əvvəl 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarının Ermənistanın işğalından azad edildiyi, həmin ərazilərdə qalan erməni birləşmələrinin və qondarma qurumun isə bu il sentyabrın 19-20-də bir sutkaya yaxın müddətdə icra edilən antiterror tədbirləri sayəsində tamamilə ləğv olunduğu böyük razılıq və qürur hiss ilə xatırladılıb.
Tezliklə Xankəndidən məcburi köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdacağı, Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlərin onları da əhatə edəcəyi diqqətə çatdırılıb. Prezident İlham Əliyevin hər zaman məcburi köçkünləri diqqətdə saxladığı, onların sosial problemlərinin həlli üçün tədbirlər həyata keçirdiyi bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan soydaşlarımızın müraciətlərinə həssaslıqla yanaşdığı vurğulanıb.
İşğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması istiqamətində irimiqyaslı layihələrin həyata keçirildiyi, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıdışının təmin edilməsi üçün zəruri tədbirlərin icra edildiyi bildirilib. Bu günədək 3 mindən çox məcburi köçkün doğma yurduna qayıdıb, tezliklə qayıdışın Xankəndi sakinlərini əhatə edəcəyi deyilib. Bütün bunlarla yanaşı mina probleminin hələ də geri qayıdacaq əhalinin həyatı və sağlamlığı üçün təhlükə yaratdığı, Böyük Qayıdış prosesini ləngitdiyi vurğulanıb.
Xankəndiyə qayıtmağa, yenidən tarixi yurd yerlərində yaşamağa hazır olduqlarını deyən sakinlər işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenleyinin bərpa edilməsinə görə dövlətimizin başçısına və rəşadətli silahlı qüvvələrimizin mənsublarına minnətdarlıq bildirib, xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.
Görüşdə Xankəndindən olan məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar iştirak edib, qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

