Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni elektrikli avtobuslardan istifadə etmisiniz?

Yeni elektrikli avtobuslardan istifadə etmisiniz?

31.10.2023 [14:58]

M.BAYRAMLI

Elektrikli nəqliyyat vasitələri benzin, dizel, mayeləşdirilmiş təbii qaz və sıxılmış təbii qazla işləyən avtobusları əvəz edir. Bu gün bütün dünyada elektrikli avtobuslardan istifadə geniş yayılır. 2025-ci ilə qədər elektriklə işləyən avtobusların sayının üç dəfə artacağı, beləliklə də dünya üzrə avtobusların yarısının elektriklə işləyən avtobuslardan ibarət olacağı proqnozlaşdırılır.

Elektrik avtobusu da eynilə elektrik avtomobili kimi işləyir. Elektrikli avtobusun doldurulması üçün elektrik enerjisi və elektrik batareyaları lazımdır. Batareyalar elektrik mühərrikini gücləndirir. Batareyalar tükəndikdə, avtobus doldurma məntəqələrində orta hesabla 150 kVt yüklə təxminən 4 saat ərzində doldurulur. Bir şarjla orta hesabla 200 km yol qət edə bilir. 7-8 ildən sonra istismar müddətini başa vurduqda, bu nəhəng batareyalar təkrar istifadə olunmaq üçün ikinci ömürlü batareyalara çevrilirlər.

ÜST-ün verdiyi məlumata görə, karbon emissiyalarının 23 faizi nəqliyyat vasitələrindən qaynaqlanır. Elektrik avtobuslarının ən əhəmiyyətli xüsusiyyəti yanacaqla işləyən avtobuslarla müqayisədə xərclərə 70 faizdən dən çox qənaət edilməsidir. Digər mühüm məsələ isə sıfır karbon emissiyasıdır. Bir sistem düşünün, həm rahatlıq səviyyəsi yüksəkdir, həm qənaətlidir, həm də ətraf mühiti çirkləndirmir. Qardaş Türkiyənin Samsun şəhərinə nəzər salaq. Burada elektrikli avtobusların istifadəyə verildiyi 2 ayda 47 min 456 litr yanacağa qənaət edilib. Eləcə də qət edilən 112 min 990 kilometrin karbon emissiyası sıfıra olub.

Ölkəmizdə də bir aydan çoxdur ki, ilk elektrik mühərrikli avtobus xəttə buraxılıb. Belə ki, elektrik avtobusu 5 nömrəli marşrut xəttində - “20-ci sahə” – “Nəriman Nərimanov” metrostansiyası istiqamətində hərəkət edir. 33 sərnişin oturacağına malik olan avtobusun ümumi sərnişin tutumu isə 82 nəfərdir. Avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. Bu barədə bir neçə sərnişinin fikirlərini öyrəndik onların sözlərinə görə, nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.

Ümid edirik ki, sözügedən avtobuslardan istifadə paytaxt, eləcə də ölkəmizin müxtəlif şəhərlərində geniş yayılacaq. Bu yol bizi ekoloji cəhətdən daha təmiz bir şəhərə və ölkəyə bizi aparar.

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Analitik

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sabitlik olmadan...

29 Noyabr 09:23

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30