İraqda Hammurapi dövrünə aid naməlum qalanın xarabalığı tapılıb
31.10.2023 [16:22]
Beynəlxalq arxeoloji ekspedisiya İraqda Tell-Muhammed şəhərini qoruyan Hammurapi dövrünə aid naməlum qalanın xarabalığını aşkar edib. AZƏRTAC bu barədə “Heritage Daily” nəşrinə istinadla xəbər verir.
İtaliyanın Kataniya Universiteti arxeoloqları və Bağdad şəhər arxeoloji layihənin üzvlərinin daxil olduqları tədqiqat qrupu müəyyən edib ki, bu şəhərin tarixi əvvəllər təxmin ediləndən də qədimdir.
İndi alimlər hesab edirlər ki, obyektin mənşəyi erkən paleo-Babilistan dövrünə aiddir. Bu epoxa, həmçinin tarixdə Babilistanın eramızdan əvvəl 1793-1750-ci illərdə hökmdarı olmuş Hammurapinin adı ilə bağlıdır. O, tarixdə qanunlar külliyyatının (Hammurapi qanunları) tərtibçisi kimi qalıb.
Yeni arxeoloji məlumatlar göstərir ki, qazıntı aparılan şəhər eramızdan əvvəl 1595-ci ildə - Babilistanın süqutundan sonra xarabalığa çevrilib. Həmin vaxt bu şəhər Het dövlətinin hökmdarı I Mursili tərəfindən zəbt olunmuşdu. Tell-Muhammeddə tapılan tarixi mənbələr də bunu sübut edir. Arxeoloqlar əvvəlcə qədim istehkamlar və su ehtiyatlarını idarəetmə sistemini aşkar etməyi planlaşdırırdılar. Onlar qədim mənbələrə əsaslanaraq, axtarışları şəhərin şimal-şərq hissəsində aparıblar. Burada qala divarlarının qalıqları olan sahə, kanal və hətta, Dəclə çayı sahilində potensial liman tapılıb.
Alimlər hesab edirlər ki, tapılan su kanalı mürəkkəb şəhər kanalizasiya sisteminin bir hissəsidir və terrakota boruları vasitəsilə inşa edilib. Borular çirkli suların axmasını sürətləndirmək funksiyasını yerinə yetirib. Arxeoloqlar, həmçinin yuxarıda yerləşən və zirvəsində qüllə olan terrasa aparan pilləkənlər də aşkar ediblər. Onun yaxınlığında – açıq məkanda ilk vaxtlar suyun toplanması və saxlanması üçün, sonra isə drenaj kanalına çevrilən sistern də tapılıb.
Şəhər divarlarının içərisində taxıl emalı və çörək bişirilməsi üçün istifadə edilən çoxlu sayda tikililər və avadanlıqlar tapılıb. Onların arasında bitum bişirilməsi funksiyasını da yerinə yetirən iki təyinatlı soba da var. Bununla yanaşı, arxeoloqlar qurbangahı olan müqəddəs ayinlərin yerinə yetirildiyi vanna otağı və əcdadların “kispum” adlı ayinlərinə həsr olunmuş sərdabələr də aşkar ediblər.
Arxeoloji tapıntılar arasında inzibatçılıq məqsədləri üçün hazırlanmış üç ədəd silindrik möhür də var. Onların üzərində həmin dövrə aid təsvirlər və yazılar əks olunub. Tapıntılar kolleksiyasını eramızdan əvvəl II minilliyə aid terrakota nəzir əşyaları tamamlayır.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

